qadın

Menstruasiya qadınların pıçıltıyla danışdıqları mövzulardan biridir. Ancaq onlar belə menstruasiya ilə bağlı bir çox həqiqətlərdən bəzən xəbərsiz olurlar.

Siqaret çəkmək menstruasiya tsiklinin dəyişməsinə səbəb olur. Yumurtalığa zərər verən siqaretin təsirləri ilk öncə məhz menstruasiyanın vaxtından əvvəl olması ilə özünü büruzə verir.

Müasir dövrdə qadınlar həyat boyu orta hesabla 450 dəfə menstruasiya dövrü keçirir. Qədim vaxtlarda isə bu rəqəm 50 olub.

Bəzi insanlar menstruasiya sayəsində qadın orqanizminin təmizləndiyi və xəstəliklərə qarşı müqavimət gücünün artdığını zənn edir. Ancaq elm sübut edir ki, bu, səhv fikirdir. Aybaşı zamanı yenilənən və təmizlənən sadəcə yumurtalıqdır, bunun başqa orqanlara heç bir təsiri yoxdur.

Orta əsrlərdə insanlar bakirə qızların ilk menstruasiya zamanı gələn qanlarının vəbanı müalicə etdiyini düşünüblər. Hətta bu qanla şeytanı uzaqlaşdırmaq üçün müxtəlif ayinlər təşkil ediblər.

Ağrılı menstruasiya dövrü keçirən amerikalı qadınlar 100 milyondan çox iş saatını itkiyə verirlər.

Əvvəlki məqaləQızıl-zinət əşyalarının yaranma tarixi haqqında bilmədikləriniz
Növbəti məqalədəQadın bədəninə beş barmağı kimi bələd olanlar – FOTOLAR