gözəllik

Dünya şöhrətli model İrina Şeyk arıqlamağın yollarından bəhs edib.

Keçən il qız anası olan ulduz doğuşdan bir neçə ay sonra podiuma çıxaraq ideal bədənini nümayiş etdirmişdi. İrinanın qısa müddətdə əvvəlki formasına necə qayıtması pərəstişkarlarını, xüsusilə xanımları hələ də maraqlandırır. Model “ET” jurnalına verdiyi müsahibədə arıq qalmağın yollarından və gözəllik sirlərindən danışıb:

“Pəhrizlərə inanmıram. Hesab edirəm ki, əgər ürəyiniz qamburger və ya dadlı nə isə istəyirsə, onu yeməlisiniz. İdeal formada qalmağın sirri budur. İdman və qidalanmada balansı tapmağa çalışın, ən əsası həyatdan sadəcə zövq alın.

Xatırladaq ki, Bredli Kuperlə sevgili olan modelin ikinci dəfə ana olmağa hazırlaşdığı deyilir. İrina bu barədə heç bir açıqlama verməsə də, kameralara verdiyi təbəssümdən aydın olur ki, öz məsləhətinə əməl edir – həytadan sadəcə zövq alır.

Əvvəlki məqaləQadınla kişi münasibətlərinin sirrləri
Növbəti məqalədəQuru, qırılan saçlar üçün maska