Uşaqların inkişafında ailə çox önəmli yer tutur. Bu səbəbdən valideynlər uşaqlarının hər bir ehtiyacını ən yaxşı şəkildə qarşılamalıdır. Lakin bəhs etdiyimiz bu ehtiyaclar uşağınızı təkcə maddi nemətlərlə təmin etməklə məhdudlaşmır, uşağınızın ən önəmli ehtiyacı mənəvi cəhətdən ona verdiyiniz dəstəkdir.
Özünə inam dediyimiz şey nədir?

Mütəxəssislərə görə, özünəinam insanın özü haqqında hissetdiyi bütün yaxşı hisslərdir, bir insan özü haqqında nə qədər yaxşı hissə sahibidirsə və özündə olan potensialın nə qədər fərqindədirsə, o qədər özünə inama sahibdir.
Mən valideynəm

Nə üçün özünə inamın olması bu qədər önəmlidir?
Çünki özünə inam sayəsində insanlar özlərini və edəbiləcəklərini kəşf edirlər, yalnız başqalarının  nələrsə edəbiləcəyi düşüncəsindən  uzaqlaşır və öz qərarlarını həyata keçirmək üçün mücadilə edirlər. Əks təqdirdə isə  öz düşüncələrini ifadə etmədən başqalarının göstərişi altında ömürlərini keçirərlər və heç bir zaman özlərini tanıma fürsəti əldə etməzlər.

Nələr edə bilərsiniz?
 
  •  Uşağınızda özünə inamın formalaşmasının qarşısını alan ən böyük qüsur onu başqa birisiylə müqayisə etməkdir. Əsla uşağınızı bir başqasıyla, xüsusilə də, qardaşı (bacısı) ilə müqayisə etməyin;
  •  Övladınızın potensialını anlamağa çalışın və onu edə bilməyəcəyi işlərə təhrik etməyin;
  •  Onun elədiyi yaxşı işləri təqdir edin və onu mükafatlandırın;
  •  Övladınızla yaxşı bir münasibət qurmağa çalışın və özünə inam problemi hiss etdiyiniz anlarda ona dəstək olun;
  •  Ona müxtəlif tapşırıqlar verin.Məsələn, birlikdə maşın yumaq, yemək süfrəsini hazırlamaq uşağınız üçün özünə inamı inkişaf etdirəcək fəaliyyətlər ola bilər. Bu fəaliyyətlərdən sonra onu təqdir edən sözlər söyləməyi unutmayın;
  •  Övladınızla birlikdə edəcəyiniz hər bir fəaliyyəti ona danışın. Ondan fikrini soruşduğunuzda o, həm ona verdiyiniz dəyəri anlayacaq, həm də özünü ifadə edə bilməyi öyrənəcəkdir;
  •  Övladınızın səhvləri haqqında heçkimin danışmayın. Bu davranışınızla uşağınızı təhqir etməklə qalmır, həm də onun sizə olan inamını da itirmiş olacaqsınız.

valideyn olmaq
Uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq həyat yoldaşları ilə münasibətdə ciddi problemlərlə üz-üzə qalan çox valideynlər var. Belə valideynlərin uşaqları valideynləri ilə “yaxşı vaxt keçirsələr də”, ata-anaları arasındakı gərginlikdən təsirlənirlər.
Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir?
Hər şeydən əvvəl bu, valideynlərin özləri üçün vacibdir. Çünki əgər valideynlər özlərini “əmin-amanlıq”da hiss edirlərsə (başqa sözlə, ailə daxilindəki problemlərlə bağlı heç bir gərginlik yaşamırlarsa), istər-istəməz bunu öz atalıq və ya analıq “rollarında” da əks etdirirlər. Tərəflər arasındakı ünsiyyət uşağa vermək istədiyiniz şeylərin (təbii ki, tərbiyə başda olmaqla) daha tez təsir göstərməsi üçün də çox vacibdir. Əks halda, bütün səyləriniz boşa gedə bilər. Uşaqlar yaxşı hərəkətləri təqlid etdikləri kimi, pis hərəkətləri də təqlid edirlər. Xüsusilə bu, kiçikyaşlı uşaqlar üçün daha xarakterikdir. Başqa sözlə, əgər uşağınızdan sevginizi əsirgəmirsinizsə, ancaq öz aranızda “nifrət” hakimdirsə, deməli, uşağınız təkcə sevgini yox, nifrəti də öyrənəcək. Ailədəki qeyri-sabit mühiti görən uşaq müəyyən bir vaxtdan sonra valideynlərinin səmimiyyətinə inanmır. Bu isə vaxt keçdikcə ailə daxilində etimadsızlığın meydana gəlməsinə və uşaqda özünəinamın azalmasına səbəb olur. Tərəflər arasındakı gərginlik uşağın psixologiyasına da mənfi təsir göstərir. Əgər uşaq yeniyetməlik dövründədirsə, istər-istəməz daha sabit bir mühit axtarmağa başlayır. Buna görə də tədricən evdən uzaqlaşır. Belə mühitlərdə böyüyən uşaqlar gələcəkdə quracaqları ailələrdə də bu mənfi təsirlərdən xilas ola bilmirlər. Uşaqlara ayrılan zaman da daha çox nəsihət verərək keçirilir. Bunun yerinə gənclərin zövqlərinə də uyğun gələcək ortaq fəaliyyətlər tapmaq və bu vaxt inkişaf edən təbii mühitlərdə ünsiyyət qurmaq daha asan olacaq. «Ana, ata nə edir? Ümumiyyətlə, bizim zamanımızda belə şeylərmi var idi?» şəklində reaksiyalar verərlər. Uşaqlarının hər etdiyindən xəbərdar olmaq istəyirlər. Onun hər hərəkətinə tez əsəbiləşərlər. Davamlı nəsihət verən bir hal içinə girirlər.
Valideynlərin rəftarı necə təsir edir?
Ana-atasının hər şeyinə müdaxilə etməsi, davamlı idarə altında tutulması, davamlı nəsihətin verilməsi onları narahat edir. Gənclər bu vəziyyəti özlərinə dəyər verilməmə hesab edirlər. Azadlıqlarının qısıldığını düşünürlər. Ana-atayla davamlı bir qarşıdurma mühiti meydana gəlməyə başlayır. Ana ata nə etməlidir? Uşağınızın artıq bir şəxsiyyəti olduğunu qəbul edin. Onların fikirləri, zövqləri sizə tərs gəlsə də, acımasız formada tənqid etməyin. Əvvəlcə onlara hörmət etdiyinizi nümayiş etdirin. Kiçik səhvlər etmələrinə icazə verin. Həddindən artıq qorumaqla onları həyatdan qopardığınızı unutmayın. Yetkinlik çağında onun ən yaxşı yoldaşı siz olun. Yetkinlik dövrü uşaqlar və ailələri üçün çox çətin keçən bir dövrdür. Uşağınızın hər şeyə etirazlar etdiyi, «mənim etdiyim doğrudur» dediyi, davakar olduğu bu dövrü sağlam bir şəkildə sovuşdura bilməsi üçün onun ən yaxşı dostu siz olmalısınız.
Nə etməliyik?

Hər şeydən öncə tərəflər bir araya gəlməli və mövcud problemləri nəzərdən keçirməlidirlər. Əgər tərəflərdən biri problem olduğunu qəbul etmirsə, onda problem olduğunu qəbul edən tərəf məsələyə müdaxilə etməli və problemin həllinə çalışmalıdır. Əgər problemin həllinə daha tez nail olmaq istəyirsinizsə, güzəştə getməyi də bacarmalısınız. Yetkinlik çağinda onun ən yaxın yoldaşı siz olun. Problemlərinizi həll edənə qədər həssas davranmalı və bu prosesin uşağınıza mənfi təsir göstərməsinə imkan verməməlisiniz. Tərəflər qəbul edəcəkləri bütün qərarlarda uşaqlarını da nəzərə almağı unutmamalıdırlar.
Mənbə: ilk5il.az
Əvvəlki məqaləHəcmli qaşlara sahib olmaq istəyirsiniz?
Növbəti məqalədəDərinin cavan qalması üçün QAYDA: 30 yaşdan sonra…