məişət texnikası

Məişət texnikasından düzgün istifadə etdikdə , sizə daha çox xidmət etməyə imkan yaradır.

Soyuducu.

Soyuducunun xidmət müddəti – 15 ildir, amma yaxşı qulluq edəndə, o 20 ildən çox işləyə bilər.Soyuducunuzun xidmət müddətini uzadan bir neçə məsləhət verək.Əgər Soyuducunuz yeni alınıb sizə indicə gətirilibsə, onu dərhal qoşmaq lazım deyil, gətirəndən sonra ən azı bir saat cərəyana qoşmayın, və məsləhətdirki içini yuyun.Sonra soyuducunu qoşun, amma ərzaqsız. Soyuducuya vaxt tələb olunur ki, lazımi səviyyəyə qədər “soyusun”. Lütfən, istismara dair təminatla diqqətlə tanış olun.Soyuducu quru, sərin, istilik mənbələrindən uzaqda durmalıdır. Soyuducunun hər tərəfindən havanın azad dövrü təmin edilməlidir. Əhatə edən temperatur şəraiti soyuducunun iqlim dərəcəsinə uyğun olmalıdır. Soyuducu düz durmalıdır.Soyuducunun rəflərini salafan ilə örtmək və ərzaqları bir-birinə yaxın qoymaq olmaz, hava azad dövr etməlidir.İsti suyu və ya xörəyi soyuducuya qoymazdan əvvəl onu otaq temperaturuna kimi soyudun.Soyuducunun qapısını lazımsız yerə açmayın və onu uzun müddətə açıq qoymayın.Əgər soyuducuda qoxumuş iy əmələ gəlibsə, soyuducuya bir-neçə saatlıq əzilmiş aktivləşdirilmiş kömür, yaxud bir neçə tikə qara çörək, üstünə duz səpilmiş limon falları və ya qənd tikələri qoymaq lazımdır. Bunların hər birini soyuducuda daim saxlamaq olar.Soyuducunun avtomatik donun açılması sistemi olmasına baxmayaraq, ildə 2-3 dəfə mütləq yumaq və təmizləmək lazımdır. Soyuducunu içəridən və bayırdan ilıq suya bir az soda tökərək, süngər, əsgi ilə yumaq lazımdır. Kimyəvi əridicilərdən və yaxud toz təmizləyici vasitələrdən istifadə etmək olmaz.Əgər soyuducuda avtomatik donun açılması nəzərdə tutulmayıbsa, onun donunu vaxtında açın.Məzuniyyətə getməzdən əvvəl soyuducudan bütün ərzaqları çıxardın, onu yuyun və qapısını açıq qoyun ki, iy əmələ gəlməsin.

Televizora.

Müasir televizorlar əgər düzgün qulluq edilərsə, uzun müddət işləyən məişət texnikasıdır. Əgər televizorunuzun sizə uzun müddət xidmət göstərməsini istəyirsinizsə, bir neçə asan qaydalara riayət edin:Evi tərk edərkən televizoru elektrik şəbəkəsindən ayırmağı unutmayın.Televizorun ventilyasiya dəliklərini hər hansı bir örtüklə örtməyin. Bu, televizorun qızmasına və sıradan çıxmasına səbəb ola bilər;Televizoru yerləşdirərkən diqqət edin ki, onun kineskopuna gün şuaları düşməsin;Daimi olaraq televizorun korpusunu və ekranını tozdan təmizləyin. Ən yaxşısı toz əleyhinə olan xüsusi məişət texnikası üçün nəzərdə tutulmuş nəm salfetlərdən istifadəedin.Televizorun pultları ilə ehtiyatlı olun. Uşaqlara pultlarla oynamağa icazə verməyin;2-3 ildə bir dəfə televizoru içərisində yığılan tozdan təmizləmək lazımdır. Bu işi ustaya həvalə etmək məsləhətdir;Televizora DVD, kabel dekoderi, kompüter və s. qoşarkən televizoru söndürüb şnurunu rozetkadan çıxardın. Həmçinin qoşulan cihazlar da sönlü olmalıdır;Televizoru elə yerləşdirin ki, yerə düşmək ehtimalı olmasın. Xüsusilə də evdə azyaşlı uşaqlar varsa;Diqqət yetirin ki, televizorun korpusuna, xüsusilə də içərisinə maye tökülməsin. Əgər bu artıq baş veribsə, dərhal televizoru söndürün, şnuru rozetkadan çıxardın və usta çağırın.

Mikrodalğalı soba (mikrovalnovka)

Mikrodalğalı soba məişətdə çox lazımlıdır. Əgər sizə yeməyi tez qızdırmaq lazımdırsa, və ya siz yüngül bir yemək bişirirsinizsə bu soba sizə çox köməkcil ola bilər.Mikrodalğalı sobanın qapısı açıq olarkən, onu qoşmayın.Mikrodalğalı sobada metal qabdan, çəngəl, qaşıqlardan və qızıl, gümüş suyuna çəkilmiş çini qabdan istifadə etməyin.Mikrodalğalı sobanı yağda qızartmaq üçün istifadə etməyin, çünki yağın temperaturuna nəzarət etmək olmur və yağın alovlanması təhlükəsi var.Mikrodalğalı sobada yumurta bişirməyin və qabıqda isitməyin, çünki  “partlaya” bilər.Ərzaqları kip örtülmüş qablarda isitməyin: balaca butulkalardakı uşaq yeməyini, bankalardakı konservləri. Butulkalardan soskaları çıxardın, bankaları açın.Mikrodalğalı sobada qara ciyəri, kartofu, kökü, şirin bibəri, şabalıdı, noxudu, qarğıdalını baxımsız qoymayın. Onlar tez ifraz olunan buxara və bərkdən partlayan qabığa görə sobada “partlayışlar” edə bilər. Bunun olmaması üçün tərə-vəzləri və qara ciyəri çəngəl ilə deşmək və yaxud çərtmək lazımdır. Əti, balığı, yaxud quşu bişirəndə mikrodalğalı sobalar üçün xüsusi plyonka ilə örtün.İsti ərzaqları və qabları sobanın soyuq çevirici stolunun üstünə və əksinə qoymayın.

Ütüyə qulluq.

Ütünü seçərkən hansı firma istehsalı olduğuna fikir verin. Bu,Panasonic,Braun,Kenwood kimi tanınmış və özünü artıq təsdiq etmiş firma olmalıdır. Ütünü də digər məişət texnikası kimi ancaq firma-istehsalçıların rəsmi nümayəndələrdən alın. Heç bir halda məişət texnikalarını bazarlardan və başqa kənar yerlərdən almayın. Çünki nəticədə siz keyfiyyətsiz mal əldə edə bilərsiniz.Ütünün altlığına diqqət edin. Keramikadan olan altlıq ən keyfiyyətli hesab olunur. Ütüləməni sürətləndirmək üçün ütünün qüvvəti çox vacibdir.Həmçinin ütü kifayət qədər yüngül olmalıdır ki, ütüləmə zamanı əliniz tez yorulmasın. Müasir ütülər şaquli vəziyyətdə buxarla ütüləmə funksiyasına malikdirlər. Nəticədə siz palto, pencək və s. paltarları paltarasanda asılmış vəziyyətdə ütüləyə bilərsiniz. Həmçinin çox vacibdir ki, sizin ütünüz avtomatik keçirmə funksiyası ilə təchiz olunsun.Əgər evdən çıxarkən ütünüzü keçirtməyi unutmusunuzsa, ütü bir neçə dəqiqədən sonra özü keçəcək. Ütünün şnurunun uzunluğu 2 metrdən az olmamalıdır ki, uzadıcıdan istifadə etməyə ehtiyac olmasın. Ütünün su saxlanılan yeri kifayət qədər böyük olmalıdır. Bəzi ütülərdə su filtrləri mövcud-dur, bəzilərində isə – yox. Ona görə yaxşı olardı ki, siz ütüyə qaynadılmış və ya filtrdən keçmiş su tökəsiniz.

Tozsorana qulluq.

Adətən, biz quru təmizləmə aparan tozsoranları alırıq. Tozsoranlar parçadan və ya kağızdan hazırlanan torba ilə və ya konteyner ilə buraxılırlar. Dəyişilən kağız torbaları ilə olan tozsoranlar gigiyenik və rahatlıq baxımından daha yaxşıdırlar. Bu tozsoranların bəzi modellərində dəyişilən kağız torbası çox iri olur ki, bu da onu dəyişilmədən bir aya kimi istifadə etməyə imkan yaradır. Dəyişilən torbalarla olan tozsoranlar tozu daha yaxşı yığırlar. Bundan əlavə, bu torbaları parçadan olan torbalar və konteynerlər kimi təmizləmək lazım olmur, çünki dolanda belə torbalar, sadəcə atılır. Müasir tozsoranlarda hava təmizləyici filtrlər mövcuddur. Evdə körpə uşaqlar, astma və allergiya xəstələri olduğu halda bu çox vacibdir. Hal-hazırda su filtrləri ilə təchiz olunmuş tozsoranlar ekoloji cəhətdən ən öndə gedəndirlər. Onlar otaqda nəinki divarları, döşəmələri, xalçaları yaxşı təmizləyirlər, həmçinin otaqların havasını təmizləyib nəmləndirirlər. Bu isə insan səhəti üçün çox xeyirlidir, xüsusəndə alergiyası olanlar üçün.Tozsoranı seçərkən onu bütün otaqlarda gəzdirəcəyinizi nəzərə alıb ölçüsünə və çəkisinə fikir verin. Bundan əlavə, tozsoranın borucuğuna (plastikdən olan daha ucuz, alüminiumdan olan isə daha davamlıdır), əlavə şotkalara və s. nəzər yetirin. Yuyan tozsoranın köməyi ilə evinizdə döşəmələri, yumşaq mebelləri, xalçaları, pəncərələri, hətta pərdələri yumaq olar. Bu tozsoranın köməyi ilə siz ev işlərinə çox güc sərf etmədən həm də vaxtınıza qənaət etmiş olacaqsınız.

Qaz pilətəsinə qulluq.

Qaz pilətəsini hər gün yemək bişirəndən sonra təmizləmək məsləhətdir. Ona görə ki, vaxt keçdikcə piy və çirk çətinliklə təmizlənir. Şüşə-keramikalı qaz pilətələrə maye düşsə onu gözləmədən silin. Indi mağazalarda qaz pilətələri təmizləmək üçün çoxlu vasitələr satılır. Lakin sizdə onlara qarşı allergiya varsa və yaxud siz pulunuza qənaət edirsinizsə, onda biz sizə başqa üsul təqdim edə bilərik. Qaz pilətəsini təmizləyər-kən isti ikən üstünə duz tökün və bir müddət saxlayın. Sonra həmin duzla pilətəni sürtüb, sabunlu su ilə yuyun. Qaz pilətəsinin dəmir təbəqələri pas atmasın deyə, üstünə piy çəkib odun üstündə közərtmək lazımdır.Əgər qaz pilətəsinin üstünə qaynar süd tökülübsə ləkəyə duz tökün və üzərinə suda isladılmış kağız qoyun, bu halda iy evə dolmayacaq.

Əvvəlki məqaləAnadan övlada ötürülən xəstəliklər
Növbəti məqalədəSoyuducunu təmizləyərkən bunlara diqqət edin