Bu postumda Sizə ən sevimli cupcakelerim haqqında yazacam. Bu resepti necə əldə etdiyim yadımda deyil. Resepti zamanla dəişdirərək yeni ləzzət kəşf etdim və bu ləzzətli cupcake’yi sizinlə paylaşmağı qərar aldım. 🙂

Ləzzətli cupcake resepti

Ərzaqlar:
  • 4 yumurta;
  • 1 st., şəkər;
  • 1,5 st., un;
  • 1 paket vanil;
  • 1 paket qabartma tozu;
  • 0,5 st., duru yağ;
  • 30 qr., marqarin və ya  kərə yağı;
  • yarım limonun suyu.
Hazırlanışı:
4 yumurta və şəkəri 1 qaba tökərək, mikserin köməyi ilə qarışdırılır. Un, vanel, qabartma  tozu, yağları, limon suyunu  qarışımın üzərinə əlavə edib, təkrar yaxşıca qarışdırılır. Cupcake’nin qabların yağlayıb, qarışımı qabların içinə töküb,  əvvəlcədən 180 dərcə isidilmiş sobaya qoyulur. Bişmə vaxtı 15-18 dəqiqədir. Bişdikdən sonra üzərini istədiyiniz zövq ilə bəzəyə bilərsiniz. Mən, cupcake’ni şanti kremlə bəzəyib və şokolat, meyvə xırdalayıb şantinin üzərinə tökürəm. Çox vaxt isə cupcakeleri sadə edirəm.
Qeyd: sadə cupcake bişirmək istəyirsinizsə limon suyu əvəzinə yarım portağal suyunu və qabıqlarını rəndələyib qarışımın içinə əlavə edə bilərsiniz. Nuş olsun! 🙂
Mənbə: gunelin.blogspot.com
Əvvəlki məqaləİçdiyimiz çayın bilmədiyimiz faydaları
Növbəti məqalədəİnsanı ölümdən qurtaran üsul. Hamı öyrənməlidir!