evdar qadın

Bəzən ləkələr xanımlar üçün ciddi problemə çevrilir.

Müasir camaşir tozların və ləkə aparmaq üçün olan xüsusi vasitələrin istifadəsi heç də hər zaman lazım olan nəticə vemir, bəzən isə əşya hətta korlanır.

Adi vasitələrin köməyi ilə paltarlara düşmüş bir çox ləkələri ev şəraitində təmizləmək mümkündür. Sizə ev “ximçistkası”nın bəzi reseptlərini təqdim edirik:

– Təzə ləkələr daha tez və asan təmizlənir. Bu səbəbdən paltara, süfrəyə və s. düşən ləkəni dərhal təmizləməyə çalışın. Bu mümkün olmadıqda ləkənin üzərinə qalın qat adi duz tökün.

– Təzə ləkələrin bir çox hissəsini adi su və camaşir tozla aparmaq olur.

– Ləkələri təmizləyərkən ləkənin kənarlarından ortaya doğru təmizləmək lazımdır. Əks halda ləkə daha da yayılacaq.

– Ləkəni apararkən ləkənin altına bir neçə qat qatlanmış təmiz parça qoyun.

– Ləkəni aparandan sonra paltarı mütləq yumaq lazımdır.

– Meyvə və giləmeyvələrdən düşən təzə ləkələri axar qaynar suyun altında ləkə yox olanan kimi saxlayın, sonra isə paltarı adi qaydada yuyun.

– Mürəkkəbdən düşən təzə ləkələri qatıqla və ya limon şirəsi ilə təmizləmək olar.

– Paltara saqqız və ya mum yapışıbsa, bu yerə sellofana bükülmüş buz qoyub saxlayın (və ya paltarı soyuducunun dondurucu kamerasına qoyun). Saqqız donandan sonra onu ehtiyatla küt bıçaqla qaşıyın.

– Təzə qan ləkəsini əvvəl soyuq suyun altında (isti sudan istifadə etmək olmaz!) yaxşı yaxalayın və sonra adi qaydada camaşır tozu ilə yuyun.

– Otdan düşən ləkələri qatıqda isladın, yaxşı yaxalayın və sonra adi qadada yuyun. Digər üsul – 1 stəkan suda 1 xörək qaşığı duz əridin və ləkəni bu məhlulda yuyun.

– Palçıq ləkələrini dərhal yumayın. Palçıq quruyandan sonra ləkəni şotka ilə təmizləyin və sonra yuyun.

– Ütüdən qalan ləkələri soğanın şirəsi ilə təmizləyin (soğanı yarı bölün və ləkəni sürtün) və sonra paltarı yuyun.

– Pas ləkələri limon şirəsi ilə aparmaq olar.

– Yağ ləkələri qab şampunların köməyi ilə təmizləmək olar. Qab şampunu 1 stəkan suya tökün, köpükləndirin və bu köpüklə ləkəni təmizləyin.

– Təzə yağ ləkələri narın duzla təmizləmək olar. Duzu bir qədər su ilə qarışdırın və ləkəni sürtün.

– Çay ləkələri limon şirəsinin köməyi ilə aparmaq olar. Ləkəni limonun dilimi ilə sürtün və sonra paltarı yuyun.

– Şokolad ləkəli duzlu su ilə təmizləmək olar.

Əvvəlki məqaləSevmək hissinin mistik tarixi
Növbəti məqalədəKombini işə salmazdan əvvəl bunları mütləq edin! – “Usta”lar sizi belə aldadır