gözəl üz dərisiPeşəkar kosmetoloqlar arasında məşhur bir deyim var: “Mənə nə yediyini de, sənin necə görsəndiyini təsvir edim”.
Sən demə, kosmetikalara çoxlu pul xərcləyib, ən keyfiyyətli olanlarını istifadə etsək belə, bu, necə görsənməyimizin təminatçısı olmayacaq. Mütəxəssislərin dediklərinə görə, qidalanmada yol verilən səhvlər özünü insanın üzündə nümayiş etdirir.

Bugünkü qadınların gözəl görünmələrinin sirrini yalnız kosmetik vasitələrdə axtarmaları yanlış hesab edilir. Onun sözlərinə görə, qadın 18 yaşından özünə qulluq etməlidir. Gün ərzində makiyajın 6 saatdan çox saxlanılması üz dərisi ilə yanaşı, həm də qadın orqanlarına ziyanlıdır. Üzə əsas qulluq, yuxudan oyanan kimi və yatmamışdan əvvəl ilıq su ilə üzün yuyulmasıdır. Çünki, səhər oyananda üz dərisindəki hüceyrələr passiv olur, üzü yuduqda isə canlanır və dəri öz təravətliliyini qoruyur. Gecə həmin hüceyrələr yorğunluqdan öz aktivliyini itirir. Dəriyə su vurduqda rahatlanır və dəri təravətsiz qalmır.
Bəzi xanımlar gecə kremindən istifadə edir ki, bu, məsləhət deyil. Krem nə qədər keyfiyyətli olsa belə, kimyəvi məhsuldur və dəri dincəlməli olduğu halda, kremin təsirindən daha da yorulur.

Yediklərimiz üzümüzə necə təsir edir?

Üz dərisi qurudursa, nə yeməli?
Əgər üzünüzün dərisi qurudursa və qabıqlanırsa, dərinizin üzərində toz qatı olduğunu hiss edirsinizsə, deməli az su içirsiniz. Təəsüflər olsun ki, xanımlarının əksəriyyəti gündəlik əsas içki kimi çaydan istifadə edir, çox az hallarda su içirlər. Xüsusilə, aprel və may aylarında havanın istiləşməsi ilə əlaqədar çoxlu su içmək məsləhətdir. Dərinin quruluğuna orqanizmdə A vitamininin və limon turşusunun çatışmazlığı da səbəb olur. Bu tip problemləri həll etmək üçün qidalanmada kələm, kök və narıncı rəngdə olan, məsələn: balqabaq, kudu, narıngi, portağal və.s meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Xörəklərdən isə tərkibində yumurta və qara ciyər olanları seçilməlidir. Çərəz kimi, şokolad və qoz yeyilməlidir. Həftədə ən azı bir dəfə itburnu çayı dəmləyib içsəniz, həm də dərinizin elastikliyi artar.

Solğun dərinin səbəbi nədir?
Sağlam olduğunuza baxmayaraq, dərinizin rəngi solğundursa, yorğun iş qrafikindən və ya aldığınız kimyaterapiyadan sonra bu hal baş veribsə, deməli, dəri hüceyrələriniz yorulub və ya qan azlığınız var. Əsasən, C və B12 vitaminlərinin çatışmazlığı da üz dərisinin rənginə təsir edir. Problemi aradan qaldırmaq üçün tez-tez maldili, qara çiyər və yumurta yeyin.

Passiv həyat dərinin yağlılığını artırır
Yağlı dəri sahibləri həyatlarını passiv şəkildə yaşayan və iş həyatında oturaq fəaliyyətlə məşğul olanlardır. Onlar qidalanmada əsasən, quru və yağlı yeməklərdən istifadə edirlər.
Dəridə yağlılığı azaltmaq üçün tərkibində B2 və B6 vitamini olan qidalar yeyilməlidir. B qrup vitaminləri süd, ət, çörək, pendir, dəniz məhsulları, alma, üzüm, nar, pomidorda boldur. Səhərlər qaçmaq və idmanla məşğul olmaq da yağlanmanın qarşısını alır.

 

Gözətrafı ləkələrin yaranmasının əsas səbəbi nədir?
Dərininn yağlı və ya quru olmasına baxmayaraq, qadınların çoxu gözətrafı şişlər və ləkələrdən şikayət edir. Əksəriyyət bunun yorğunluqdan baş verdiyini düşünsə də, əsas səbəblərdən biri kosmetikadan çox istifadədir. Çünki kimyəvi maddələr üz dərisini boğur və nəfəs almağa qoymur. Həkim məsləhəti olmadan saxlanılan qeyri-düzgün dietalar da bu probemin yaranmasına şərait yaradır. Dietaların təsiri ilə orqanizmdə vitamin çatışmazlığı yaranır. İtirilmiş vitaminləri geyi qaytarmaq üçün ən məsləhətli qida salatlardır. Kələm, çuğundur, yay, kahı və.s salatları gündəlik yesəniz, tezliklə xeyrini görəcəksiniz.
 

Dodaqlarda quruluq və çatlar nədən xəbər verir?

Üz dərinizlə yanaşı, dodaqda yaranan çatlar və uçuqlamalar, dodağın tez-tez quruması da qidalanmada buraxılan səhvlərdən xəbər verir. Orqanizmin sağlamlığında böyük rol oynayan A, B, C, və E vitaminlərinin azlığı özünü dodaqlarda nümayiş etdirir. Quru dodaqlar həm də orqanizmdə fəaliyyətə başlayan yeni xəstəliyin xəbərçisi ola bilər. Bu səbəbdən qidalanmağa xüsusi diqqət yetirilməli, yaşıl bitkilər, mevə və tərəvəzlər, qara ciyər, ət və dəniz məhsulları yeyilməlidir. 

Sonda onu da əlavə edək ki, sağlam yaşamaq üçün insan orqanizmi gündəlik 5 min kalori qəbul etməlidir. Kökəlməkdən çəkinən xanımlar qidalanmada, gələcəkdə ağır nəticələr verən səhvlər buraxırlar. Həmin səhvlər isə özünü ilkin xəbərdarlıq olaraq, üz dərisində büruzə verir. Düzgün qidalanaraq kökəlməmək üçün bol meyvə tərəvəz yeyin, kimyəvi məhsullardan istifadə etməyin və sağlamlığınızı qoruyun. Unutmayın ki, itirilmiş gəncliyi və sağlamlığı qaytarmaq mümkün deyil.

Əvvəlki məqaləGinekoloqlardan 5 faydalı məsləhət
Növbəti məqalədəParaşüt donlar yayın trendidir – FOTO