qadın

Müasir dünyada qadın hüquqları inkişaf etsə də, hələ də zərif cinsin nümayəndələrinin ikinci dərəcəli insan kimi qəbul edildiyi yerlər var. Xüsusilə Yaxın Şərqdə və Afrika ölkələrində anadan kişi doğulmaq ən böyük xoşbəxtlik sayılır.

İraq: “seks kölələri”

Vaxtilə bu ölkə savad səviyyəsinə görə ərəb dünyasına liderlik edirdi. Lakin Səddamı asandan sonra iraqlıların da qara günləri başlandı. Bu gün valideynlər qızlarını məktəbə getməyə qoymurlar. Onlar qızlarının yolda zorlanmasından, yaxud oğurlanaraq İŞİD-ə satılmasından qorxurlar.

Terrorçular tərəfindən qadınların oğurlanması İraqda adiləşib. Əsas məqsəd “seks köləliyi”dir. Əsir qadınlar, həmçinin, 9-12 yaşlı qızlar baraklarda saxlanılır. Bu baraklar tamamilə anti-sanitariya vəziyyətindədir. Onlar təcavüzə məruz qalırlar və istənilən vaxt satılırlar. Xüsusilə gənc qızlar daha çox əzab çəkir. Bir çoxları terrorçuların istədiyi kimi “seks köləsi”nə çevrilməklə razılaşırlar. Bu daha rahat yaşamaqla yanaşı, qayıtmağa yerlərini olmaması ilə də bağlıdır. Çünki yerli qanunlar nikahdan öncə kiminləsə cinsi əlaqəyə girməyi qəbul etmir. Buna görə də qızlar hətta qaçmağı bacarsalar belə, ailələri tərəfindən qəbul edilmirlər.

Pakistan: döyülmə, öldürülmə və…

Bu ölkədə işgüzar xanımlarla qarşılaşmaq olar, lakin bu, nadir hallarda baş verir. Qadınların 82 faizi evdar qadındır.

Kişi olmaq istəyən qadınlar

Əgər bir qadının ailəsində, yaxud qohum-qardaşında cinayət edən olursa, həmin qadın da günahkar sayılır. Pakistanda nikahla bağlı qanun yoxdur. Qadınlar ərləri tərəfindən öldürülə, döyülə, hətta üzlərinə turşu da atıla bilər. Buna adətən müdaxilə edilmir.

Hindistan: aşağı kastadakı it

Əhalisinin sayına görə Çindən sonra dünyada ikinci olan Hindistanda qadınların həyatı əsl cəhənnəmdir. 70 faiz qadın ailədə, yaxud küçədə təcavüzə məruz qalır. Hər 22 dəqiqədə ölkədə bir cinayət törədilir. Sıralanmaya görə, təcavüz cinayətlər arasında dördüncü yerdədir. Bəziləri deyirlər ki, “Hindistanda qadın aşağı kastadakı itlərdir”.

XX əsrdə bu ölkədə 100 milyon qadın insan alverinin qurbanı olub, 50 milyon qız ölüb. Hind adətlərinə görə, qız ərə gedərkən ona cehiz vermək lazımdır. Buna görə də ailədə qızlar arzuolunmayan övladdır. Hindistan Səhiyyə Nazirliyinin məlumatına görə, ildə 700 min uşaq qız olduğu üçün abort etdirilir. Orta statistik hind qadının həyatının mənası ailədir: uşaqlar və ər. Lakin son vaxtlar qadın hüquqları haqda tez-tez danışmağa başlayıblar. Əhali arasında hakimiyyətə qadınların hüquqlarının qorunması üçün çağırışlar edir və təcavüzlərə qarşı mitinqlər keçirilir.

Somali: hamiləlik – ölümlə rəqs

Bura qorxunc yerdir, xüsusilə qadınlar və uşaqlar üçün. Qızlar uşaq vaxtı sünnət edilir. Hansı ki, həmin vaxt çoxsaylı ölüm hadisələri də baş verir, yaxud anti-sanitariya vəziyyətinə görə ciddi infeksiyalara yoluxurlar.

Kişi olmaq istəyən qadınlar

Somalidə qadınlar üçün hamilə qalmaq dəhşətli haldır. Tibbi yardım olmadığı üçün doğuş zamanı ölüm sayı həddindən artıq çoxdur. Bu ölkədə hamilə qadınların 50 faizi doğuş zamanı ölür. Cəmi 9 faiz somalili qadın doğuşu xəstəxanada edir, yerdə qalanların hamısı isə bunu ev şəraitində edirlər.

Misir: qızlara qoyulan sevgi qadağası

Bu ölkə qadınların cinsi istismarı ilə məşhurdur. Burada nikah vacibdir. Misirli qızın ər seçmək hüququ yoxdur.

Kişi olmaq istəyən qadınlar

O, yalnız onun üçün seçilən şəxslə ailə qurmalıdır. Əgər hansısa misirli qız başqa dindən olan biri ilə yaşasa, yaxud azad şəkildə ailə qursa, bu, onun üçün yaxşı nəticələr verməyəcək. Belə olarsa, doğulmuş uşaq tərbiyə üçün müsəlman kişiyə verilir, qadını nəyin gözlədiyi isə məlumdur. Ya ölüm, ya da qovulma.

Əvvəlki məqaləGözəl qadınların heç kimə danışmadığı 10 sirri – FOTOLAR
Növbəti məqalədəQızıl-zinət əşyalarının yaranma tarixi haqqında bilmədikləriniz