pəhriz-qidalanma

Rusiyada tibb elmləri doktoru, qidalanma mütəxəssisi Mixail Qinzburq “ağır sümük” kimi populyar mifdən danışıb.

Dietoloq bildirib ki, sümük kütləsi əzələ inkişafı və ümumi bədən çəkisi üçün kifayətdir və “sümüyüm ağırdır” mifi bəhanədir.

“Çox vaxt insan bəzi rəqəmləri əlində rəhbər tutur. Məsələn, bir qız 70 kiloqramdır, əla görünür, amma çəkisinə görə boyunun 65 kq olmasını düzgün hesab edir. Beləliklə narahatlıq başlayır. Yeməməyə çalışır, hər şeydən imtina edir, ancaq dözmür, yeməyə başlayır, sonra da hər kəsə çəkisindən şikayət edir. Bu vəziyyətdə onun “sümüyünün ağır olmasına” inanması daha asandır”, – deyə Qinzburg misal çəkib.

Həkimin sözlərinə görə, artıq çəkinin başqa populyar bəhanəsi kimi metabolizmin zəif olması göstərilir, hansı ki enerjinin az xərclənməsinə görə yaranır. Həqiqətən də bu cür insanlar üçün arıqlamaq, enerjini tez istifadə edənlərdən və ya enerji yığımından istehlaka sürətlə keçə bilənlərdən daha çətindir, amma mümkünsüz deyil.

Qinsburq metabolizmi stimullaşdırmanın ən asan yolunun kifayət qədər yatmaq və fiziki aktivliyi artırmaq olduğunu əlavə edib. O, arıqlamaq istəyənlər üçün gəzintilər, sağlamlıq yürüyüşləri, evdə idman hərəkətləri, masajlı su prosedurları, məsələn, yüngül kontrastlı duş tövsiyə edib.

Əvvəlki məqaləGecə büstqalterlə yatmaq zərərlidirmi? – Həkimlər deyir
Növbəti məqalədəHər adamla öpüşməyin – Öpüşlə keçən dəhşətli viruslar