Kişinin sevdiyini necə anlamaq olar?
sevgi

Siz ona aşiq olmusunuz. Bəs o? O da sizə aşiqdirmi? Maraqlı sualdır,elə deyilmi? Cavabını aşagıda sizə verəcəyim ipuclarından anlaya bilərsiniz,əziz xanımlar.

 

1. Sizə komplimentlər edər

Kişilər hər nə qədər desə də ki,xarıcı görünüşə önəm vermirlər,onlar üçün önəmli olan sizin daxili gözəlliyinizdir,inanmayın xanımlar. Kişilər ilk növbədə qadının görünüşünə diqqət edər. Bir kişi xanıma olan marağını  onu başdan ayağa kimi diqqətlə süzməsi ilə bildirər.

 

Geyiminizə, makiyajınıza, üz cizgilərinizə, çəkinizə, əl-ayaq barmaqlarınıza, saçlarınıza, gözlərinizə, sinənizə… Uzun sözün qısası onlar tərəfindən ilk olaraq fiziki görünüşlə bağlı imtahandan keçməli olacaqsınız. İmtahanın ardından ” Nə gözəl gözlərin var?!”, “Saçlarını çox bəyənirəm”, “Mini yubka sənə çox yaraşır” kimi komplimentlər gələcək.

 

Sözün qısası daxili gözəlliyiniz olsa belə siz mütləq öz zahiri görünüşünüzə də diqqət yetirməyə çalışın. Çünki belə etmiş olsanız bir gün  əks cinsin bir nümayəndəsindən hökmən tərif eşidəcəksiniz.

 

2. Dinləyər

Sizi bəyənən bir kişi təbii ki,səs tonunuzu, tələffüzünüzü, danışıq qabiliyyətinizi də bəyənər və yanınıza gəlib sizinlə söhbət etməyi, suallar verməyi sevər. Mümkün olduqca ikinizin də marağına səbəb ola biləcək gündəlik mövzular tapın. Ona verəcəyiniz suallar vasitəsilə özü ilə maraqlandığınızı görəcək və bunun vasitəsilə həm də onu daha yaxından tanımış olacaqsınız.

 

Kişilər deyib-gülməyi sevən şən və ağıllı xanımları bəyənirlər ( P.S. Bir çoxlarının fikrincə isə kişilər ağıllı qadınları sevməzlər. Hər halda doğrusunu kişilər özləri daha yaxşı bilmiş olarlar). Onlara uşaqlığınızla bağlı gülməli xatirələri anlada bilərsiniz. Həmçinin bir-bir, səbrlə danışmağa cəhd edin. Gözəl danışıq qabiliyyətinə və təsir edici səs tonuna olan həssaslıqlarını da unutmayın.

 

3. Fədakar olar

Əgər bir kişinin sizdən çox xoşu gəlibsə,o, bütün mənliyi ilə sizi hər cürə xoşagəlməliklərdən qorumağa çalışar. Məsələn, çox tünlük olan yerlərdə narahat olacağınızı düşünüb təşvişə düşər və bir çox suallar verərək ehtiyaclarınızı öyrənməyə çalışar.

 

Sağlamlığınızın və əhvalınızın yerində olmasını hər kəsdən çox,o istəyər.  Üzülməməniz üçün əlindən gələni etməyə çalışar.

 

4. Ona zaman ayırmanızı istəyər

Bir kişinin həyatda ən çox önəm verdiyi şeylərdən biri də diqqətdir. Yəni ona diqqət yetirmənizi,onunla bərabər çoxlu zaman keçirmənizi istəyər.  “Bu axşama planın nədir?”,  “Kiminlə gedəcəksən gəzməyə?”, “Səni evə kimi ötürməmi istəyərsənmi?” kimi  qısqanclığını yüngülcə  biruzə verəcək suallar ilə qarşılaşa bilərsiniz. Əgər münasibətinizi təhlükəyə atmaq istəmirsinizsə o zaman keçmiş sevgiliniz ilə görüşməyə son verəcəksiniz. Nəzərə alın ki,o, ancaq sizin tərəfinizdən diqqət görmək istəyir. Ona olan diqqətinizin azaldığını hiss etdiyi andan beynində  “Görəsən həyatında başqa kişi varmı?” sualını fırladacaqdır.

 

5. Hər halınızla gözəl olduğunuzu düşünür

Təbii ki,saçlarınızın səliqədə olduğu zamanında sizə kompliment deməsini normal qarşılayacaqsınız. Lakin əgər sizi sevirsə yataqdan qalxdığınızda belə, saçlarınızın səliqəsiz, üzünüzün makiyajsız olduğu anlarda da gözəl olduğunuzu düşünəcəkdir. Bu o deməkdir ki,gözü sizdən başqasını görməz.

 

6.İlk növbədə sizsiniz

Sevən kişi sevdiyini hər zaman ön planda tutar. Siz onun üçün bəzən ailəsindən belə daha öndə gələrsiniz. Məsələn,bacısı və sizinlə alış-verişə çıxdığı zamanlarında ən gözəl geyimləri ilk növbədə sizə alar. Çünki əhvalınızın yaxşı olmasını,gülümsəmənizi və xoşbəxt olmanızı istəyər.

 

Soyuq bir yerdə sizdən başqa üşüyən varsa belə pencəyini ilk növbədə sizə verər. Xəstə olduğunuz günlərdə işə getmək əvəzinə ilk növbədə sizə baş çəkər, həftə sonlarını ailəsi yox, sizinlə keçirmək üçün planlar qurar. Çünki siz onun həyatının ən dəyərli varlığısınız.

 

7. Arzular

Sevən kişi sizinlə zaman keçirdikdən və bir çox şəxsi söhbətlər etdikdən sonra sizi yataqda da tanımaq istəyər. Sizinlə bağlı arzular qurmağı sevər və sizdən aralı qalmağı heç istəməz. Ona görə də imkan daxilində onun istəklərinə “yox” cavabını verməyin.

 

Siz də ona onun üçün darıxdığınızı bildirməkdən çəkinməyin. İş sonrası onunla  yeyə biləcəyiniz şam yeməyi üçün planlar qurun,ya da daha da yaxşısı o yeməyi özünüz hazırlayın.Bunu ona sürpriz etmiş olsanız inanın ki,çox bəyənəcəkdir.

 

Sevən kişilər hansı kəlmələrdən daha çox istifadə edər?

 

-Gözlərin çox gözəldir. Baxışların məni dəli edir.

-Həftə sonu mənimlə tətilə gedərsənmi?

-Mobil telefonunda nömrəsi olan Əli kimdir? Dostundurmu?

-Əzizim,bəyəndiyin ayaqqabıları sifariş etdim.

-Sən makiyajsız belə bütün qadınlardan daha gözəlsən.

Əvvəlki məqaləÇörək yox qoz yemək lazımdır
Növbəti məqalədəQadın niyə seks istəmir?