qadınAktrisa və kübar cəmiyyətin məhşur simalarından sayılan Ja Ja Qabor (Zsa Zsa Gabor) 99 yaşında vəfat edib. Hollywoodda uzun karyera yolu olmasına baxmayaraq akrtisa əsasən coxsaylı nikahlarıyla və hazırcavablığıyla məhşur idi.
Onlardan bəzilərini təqdim edirik:
“Kişilər ocaq kimidir, diqqətsiz qalanda sönürlər”.
“Sevən kişi evlənənə qədər mükəmməl deyil və o zaman o bitmişdir”.
“Keçmiş əri Ceorg Sanders haqqında: “Biz hər ikimiz onu sevirdik. Mən onu sevməkdən vaz kecdim, o isə keçmədi”.
“Mən tək olan zaman qalmaqalsız çarpayıda köndələn yata bilərəm”.
Fransız katyoru Fennandellə çəkilişlərdəImage copyrightAFP
Image caption
Fransız aktyoru Fennandellə çəkilişlərdə
“Qadın jurnallarında yazılanlara tərs baxmayın. Ola bilər ki,orda yazılan məqalələr mükəmməl deyil, amma kişilər də mükəmməl deyil axı”.
“Sevilmək – gücdür. Sevmək – zəiflikdir”.
“Sevmədiyinə görə ayrılmaq, sevdiyinə görə evlənmək kimi ağılsızlıqdır”.
“Gözəl xanıma görə qısqanclıq səni hec də gözəlləşdirmir”.
“Yeniyetmə olarkən mən qızlarla deyil, oğlanlara dostluq edərdim. Ən laqeyd kişinı qarşımda köləmə çevirənə qədər bütün diqqətimi və sevgimi ona verərdim”.
“Mən ərdə olmağı sevirəm. Mən təkliyi sevmirəm, mən sevdiyim kişi üçün yemək hazırlamağı sevirəm (məsələn, toyuq bulyonu və ya macar qulyaşı). Əlbəttə mən aşiq olmağı sevirəm, amma məhz nikah məndə məmnunluq hissini doldurur. Düzdür, bu hər dəfə belə olmur”.

“Həqiqətən mənim haqqımda danışılanlar mənim üçün əhəmiyyətsizdir. Kiminsə mənə nifrət edərək və ziyan vuraraq incitməsinə yol verməyəcək qədər həddən artıq qeyri-adiyəm və özümə qarşı sadiqəm”.
“Mən gözəl evdar xanımam. Cünki hər dəfə sevdiyim kişini tərk edəndə onun evi mənə qalır”.

Ja Ja Qabor 9 dəfə nikahda olub
“Mən bağışladığı brilliantları geri qaytaracaq qədər hec bir kişiyə nifrət etmədim”.
“Mən seks barədə heç nə bilmirəm. Mən həmişə ərdə olmuşam”.

Əvvəlki məqaləQadınlar niyə ayaqlarının arasına yastıq qoyaraq yatır? – ARAŞDIRMA
Növbəti məqalədəKeçmiş sevgilini unutmağın yolları