sevgiSevimli xanımlar, mən sizə qorxunc sirr açacağam.

Beləliklə, geniş kontekstdə sevdiyiniz kişini həyəcanlandırmaq üçün,müntəzəm “sehrli” sözlər demək lazımlıdır.

“Mənə səninlə çox yaxşıdır”Bu sözlər kişilər üçün sevginiin əçarıdır. Bu sözü deyən və bunu kişiyə hiss etdirən qadınların qarşısında əriyirlər.

“Çox yaraşıqlısan” – Kişilərin eqolarının şişirdilməsindən xoşları gəlir. Belə bir tərif eşitmələri sizin xoşunuza gəlməyi bacardıqlarını təsdiq edir. Xoş söz incikliyi və küskünlüyü də aradan qaldırmağa qadirdir.

“Sənə güvənirəm” – Hər şeyi öz nəzarətinizdə saxlamaqdan vaz keçsəniz, yaxşı olar. Bəzi işləri həyat yoldaşınızın ixtiyarına buraxın. Nəticə o qədər də mükəmməl olmaya bilər, amma ən azı cəhd etdiyini görüb qiymətləndirərsəniz. Sizin ona güvəndiyinizi hiss etməyə ehtiyacı və haqqı var. Güvənin sevgini gücləndirdiyini unutmayın. Kişilər qarşılıqlı olaraq güvənə və inana biləcəyi qadını daha çox sevir.

“Sənin yanındayam” – Başına nə gələrsə, hər zaman yanında olacağınızı hiss etdirmək ona olan bağlılığınızı göstərir. Dünya ona qarşı olsa belə, sevdiyi qadının ona inandığı və güvəndiyini bilmək hər bir kişini xoşbəxt edir. Ona necə dəyər verdiyinizi hər fürsətdə göstərin.

“Üzr istəyirəm” – İki insan arasında həmişə hər şey qaydasında olmur. Hərdən mübahisələr də ola bilər. Hətta “Çəkişməsən, bərkiməzsən” deyirlər. Yəni, mübahisələr sevginin duzu-istiotudur. Belə hallarda otaqdan çıxın və dərin nəfəs alın. Geri qayındanda isə üzr istəmək ən yaxşı çıxış yoludur. Mübahisəyə səbəb olan mövzunu uzadıb, mübahisəni böyütməyin. Mübahisənin böyümsəninin qarşını almaq üçün üzr istəmək ən yaxşısıdır. Qadınların çox emosional olduğunu nəzərə alsaq, özünüzü bəzən saxlaya bilmərsiniz. Ancaq sakitləşəndən sonra mədəni şəkildə üzr istəməyi bilməlisiniz. Təbii ki, eyni hal qarşı tərəf üçün də keçərlidir. Beləcə aranızdakı hörməti itirməmiş olarsınız.

“Əzələlərin çox böyüyüb” – Həyat yoldaşınız idman salonuna gedir və güzgüdən gözünü çəkə bilmir? Amma hələki nəzərə çarpacaq dərəcədə dəyişilik yoxdur. Bu halda nə etməlisiniz? Təbii ki, ağ yalana əl atmalısınız. “Çox güclü görünürsən” deyərək, onu idman etməyə həvəsləndirməlisiniz. Çünki onun sağlamlığının qeydinə qaldığını və daha yaxşı görünməsini istədiyinizi bəlli etmiş olursunuz.

“Səninlə qürur duyuram” – Kişilər yaxşı iş gördüklərindən əmin olmaq istəyirlər. Özünüz bilirsiniz ki, performans kişilər üçün çox əhəmiyyətlidir. Onunla qürur duyduğunuzu ifadə etməkdən çəkinməyin.

Əvvəlki məqaləGözlərimiz niyə “yol çəkir?” — ELMİ SƏBƏBLƏRİ
Növbəti məqalədəQaşların quruluşu xasiyyətin necə olduğundan xəbər verir