seksSeksuallıq xoşbəxt birliyin ayrılmaz hissəsi kimi görülür. Bu səbəblə cinsi problemlər danışaraq və ya mütəxəssisə müraciət edərək həll edilməlidir. Seksuallığa yanaşmaların oxşar olduğu düşünülsə də, araşdırmalar qadınvə kişilərin seksuallığa baxışlarının tamamilə fərqli olduğunu ortaya çıxarıb.
Cinsi əlaqə haqqında çoxlu bilinməyən məlumatlar var. Cinsi əlaqəni utanc verici bir şey hesab etmək, ictimaiyyət arasında danışmağı ayıblamaq, bu mövzuda maarifləndirməyə maneə olur. Sekslə bağlı çoxlu araşdırmalar aparılır. Bu araşdırmalar nəticəsində fərqinə varmadığımız təəccüblü məlumatları öyrənə bilərik.
Sekslə bağlı ən çox sevdiyimiz 10 şeyi tapmaq üçün “İllegal Encounters” tanışlıq saytı tərəfindən 2000 nəfər arasında sorğu həyata keçirib. Aparılan sorğunun nəticələri kişi və qadınların fərqli düşündüyünü ortaya çıxarıb. Tədqiqatçılar kişilərdən və qadınlardan cinsi əlaqədə ən çox bəyəndiklərini təsvir etmələrini istəyiblər. Məlum olub ki, qadınlar seksdə daha çox romantizm axtarır, kişilər isə yeni cinsi partnyorla qarşılaşmaqdan daha çox zövq alırlar.
Qadınların ən çox həzz aldığı ikinci şey, cinsi əlaqənin onları öz həyatları və dünyadakı problemləri ilə bağlı narahatçılıqdan ayırması olub. Üçüncüsü, “orqazm olanda hiss edilən həzz” və ardınca “cinsi əlaqə zamanı stress atma” olub.
Kişilərin isə seksdə ən sevdikləri şey orqazm olduqda hiss etdikləri eyforiyadır.
Sorğu nəticəsində məlum olub ki, qadınların 89%-i və kişilərin isə 92%-i xoşbəxt münasibətin açarını seksdə görürlər.
YATAQDA XOŞBƏXT OLMAQ ÜÇÜN DANIŞMAQ LAZIMDIR
Sorğu zamanı seksdə məmnuniyyətin danışmaq olduğunu düşünənlər üstünlük təşkil edib. Yəni, kişilər və qadınlar seksə başlamazdan öncə danışmağın yaxşı təsir etdiyini fikirləşirlər.
Qadınların seksi sevmələrinin əsas səbəbləri:
Seks zamanı romantik təlaş hiss etmək
Real həyatdan və problemlərdən qısa müddət uzaqlaşa bilmək.
Orqazm olduqda hiss edilən həzz
Seksdən sora əhvalın yaxşılaşması
Stressin azalması
Oral seks
Özünə inamın artması
Ön sevişmə
Kişilərin seksi sevməsinin əsas səbəbləri:
Yeni bir qadınla ilk cinsi əlaqə
Orgazm olanda hiss edilən həzz
Çılpaq qadın bədənini görməyin həyəcanı
Seksdən sonra gələn rahatlıq
Yuxu gətirməsi
Qadın sinəsi ilə təmas
Qadını soyundurmaq

Əvvəlki məqaləGörmə qabiliyyətini zəiflədən əsas amillər
Növbəti məqalədəBunlar üzünüzdə qırış yaradacaq