sağlamlıqEşitmə itkisi hər yaşda ola bilər. Lakin bu risk yaşalmışlarda, məhz kişilərdə qadınlara müqayisədə daha yüksəkdir. Elə ki, 65-74 yaşlı kişilərin 10 faizindən çoxunun müəyyən dərəcədə eşitmə itkisi yaşadığı təxmin edilir. Alimlərə görə bir çox eşitmə itkisini geri qaytarmaq çətindir.
Ancaq eşitmənin azalmasının qarşısını almaq, hətta yaxşılaşdırmaq üçün istehlakı məsləhət görülən bir çox qida var ki, bunlardan bəziləri belədir:
-Ənginar: Ənginar ümumilikdə folat adlanan vitamin B9 baxımından zəngin qida olduğundan eşitmə qabiliyyətini gücləndirir.
-Kartof: Kartof ölçülü istehlak edildikdə həm eşitmə qabiliyyətini gücləndirir həm də qulağın içində zədə yaranmasının qarşısını alır.
-Mərcimək: Tərkibində B vitamini və dəmir olan mərcimək qulaq sağlamlığının qorunması üçün ən faydalı qidalar arasında iştirak edir.
-Avokado: Avokado maqnezium və fol turşusu baxımından zəngindir. Bu səbəbdən eşitmə qabiliyyətini gücləndirmək üçün istehlakı tövsiyə olunur.
-Balıq: Balıq omeqa baxımından ən zəngin qidadır. Tərkibində omeqa olan qidaların istehlakı eşitmə problemlərini aradan qaldırır.
-Kətan toxumu: Vitamin B eşitmə sağlamlığı üçün böyük təsir göstərir. Xüsusilə kətan toxumu kimi vitamin B baxımından zəngin qidalar istehlak etdikdə, qulaqlarda cingilti, ağrı və eşitmə itkisi böyük nisbətdə azalır.
-Qoz: Qoz omeqa və B vitaminləri ilə zəngin qida olduğu üçün eşitmə itkisinin qarşısı alınır.
-Göbələk: Göbələk tərkibində vitamin D olan faydalı qidalardan biridir. Çünkü vitamin D qulağın içindəki zərif və kiçik sümüklərin sağlamlığını qoruyur.
-Yumurta: Zülal qaynağı olan yumurta sayəsində qulaqdakı toxumalar zədələnməz.
-Süd: Süt eşitmə qabiliyyətini qoruyan faydalı qidalar arasında iştirak edir.
-İkiayaqlı ginkqo ekstraktı: Ginkqo ekstraktı beyində qan dövranını artırır və damar qırılmalarının qarşısını alır. Bu xüsusiyyətinə görə beyində qan dövranın zəifliyi, başgicəllənmə, yaddaş problemləri, konsentrasiya, eşitmə itkisi, tinnitus və vertiqo kimi xəstəliklərin müalicəsi üçün istifadəsi məsləhətdir. Səs-küydən qaynaqlanan eşitmə itkisinin qarşısını almaq və tinnitus probleminindən xilas olmaq üçün gündə 60-240 mq ginkqo ekstraktın qəbulu tövsiyə olunur.
-Marjoram bitkisi: Yeməklərdə ədviyyat kimi istifadə olunan Marjoram bitkisi qulaqda qan dövranın zəif olması səbəbindən yaranan eşitmə itkisinin qarşısını alır. Qan təzyiqini də aşağı salan bu bitki eşitmə itkisinin müalicisi üçün çay kimi dəmlənib gündə iki stəkan içilməlidir. Ancaq 10 gündən çox istifadə etməmək məsləhətdir.
-Alma sirkəsi: Alma sirkəsi; Maqnezium, kalium, sink və manqanla zəngindir. Bu minerallardan hər hansı biri çatışmayanda eşitmə itkisi baş verə bilər.
Bu səbəbdən eşitmə itkisini azaltmaq və ya qarşısını almaq üçün alma sirkəsi istehlak edilməlidir.
Sərbəst radikalların mənfi təsirlərini azaldan güclü antioksidantlar ehtiva etdiyi də bilinən alma sirkəsindən bir qaşıq  bir stəkan suya əlavə edilərək gündə iki dəfə istehlak edilməlidir.
-Soğan: Soğan tərkibindəki antioksidantlara görə ilbiz zədələnməsi və eşitmə itkisinin qarşısının alınması başda olmaqla daimi və müvəqqəti eşitmə itkisinin müalicəsində, travma və qulaq pərdəsi yırtıqlarında, qulaq problemlərinə səbəb olan hava təzyiqi dəyişikliklərində də təsirlidir. Bunun üçün bir litr suda 300 qram soğan 12 saat saxlanılır. Daha sonra süzülərək gündə bir stəkan içilir.

Əvvəlki məqaləHəzm sistemi və bağırsaq problemlərinə qarşı xalq təbabəti üsulları
Növbəti məqalədəQadın sağlamlığının qorunması üçün vacib məsləhət