sağlamlıq

Amerikada
ortaya çıxan və dünyanın bütün hissəsinə yayılan obezit, insan
sağlamlığına necə təsir etdiyi ilə əlaqədar bir çox sualı da özü ilə
daşıyır.
Bu suallardan biri də kişilərdə Sperma keyfiyyətidir.

Edilən araşdırmalarda, həddindən artıq kilo alınması, kişilərdəki sperma keyfiyyətini saldığını ortaya çıxardı. Mütəxəssislər, uşaq sahibi  olmaq istəyən kişilərin əvvəlcə ideal kiloya enməsi lazım olduğunu ifadə edirlər. Florida İnstitutu araşdırmaçıları, sonsuzluq probleminli evli cütlər arasından 2000 kişinin sperma keyfiyyətini araşdırdı. Araşdırmada iştirak edən və bədən kütlə indeksi yüksək olan kişilərdəki anormal sperma nisbətinin daha çox olduğu təyin olundu.

Araşdırmada iştirak edən kişilər, bədən kütlə indekslərinə görə 4 qrupa ayrıldı. Araşdırmada, siqaret, spirt və yaş kimi sonsuzluğa səbəb ola biləcək digər ünsürlər də göz önünə alındı.

Araşdırma nəticəsində, bədən kütlə indeksi ideal ölçüdə olanların
sperma keyfiyyətinin, sperma həcminin, kilolulara nisbətdə daha yüksək
olduğu təyin olundu.

“Nəsil artırma və Embriyologiya Dərnəyinin” konfransında təqdim edilən
araşdırmada, bədən kütlə indeksi yüksək olanlarda isə sperma mayesi
həcminin daha aşağı olduğu və anormal sperma nisbətinin yüksək olduğu
görüldü.

Araşdırmada, sperma sıxlığı və hərəkətliliyi baxımından isə bu dörd qrup arasında fərqlilik tapılmadı.

Florida İnstitutundan Dr. Carla Goddard, “Tapıntılarımız digər faktorlardan müstəqildir və uşaq sahibi olmağa çalışan kişilərin əvvəlcə ideal kiloya enmələrinin mütləq olduğunu göstərir” dedi.

“Həddindən artıq kilolu insanlar diyeta saxlayarkən, sink baxımından zəngin qidaları siyahının xaricində qalırlar. Sink yalnız qida yolu ilə bədənə alınan minerallardan biridir. Bu istridyə, paxla, qoz-fındıq və toxumlarda vardır. Qeyri-kafi sink alınması vəziyyətində həm də saç tökülməsi, dəri problemləri və s. ortaya çıxır…

@ Xəbər azadqadın az. saytına məxsusdur, istifadə edərkən istinad mütləqdir.
Əvvəlki məqaləSuda doğuş necə olur?
Növbəti məqalədəUşaqlar üçün aptekçə