pəhriz və idmanİdmanın faydalarını saymaqla qurtarmaq mümkün deyil. Müntəzəm məşq, qoruyucu, müalicəvidir və ömrü uzadır. Bu mövzuda çoxlu xəstə məlumatları, çoxsaylı tədqiqatlar və meta-analiz nəticələri vardır.

1. Müntəzəm idman ümumi ölümləri və ürək-damar xəstəliklərində ölüm nisbətini 20-30% azaldır.
2. Damarın daxili təbəqəsinin funksiyasını yaxşılaşdırır (azot oksid adlanan damar genişləndirici maddə məşqlə artır və bu maddə endotel funksiyasını yaxşılaşdırır).
3. Ürək əzələsinin oksigen qəbulunu yaxşılaşdırır, ürək əzələsində kapilyarların inkişafını stimullaşdırır. Bilirik ki, infarkt zamanı bu kapilyarların olması ölümdən qoruyur.
4. İdman bütün damar sistemini və damar yatağının vəziyyətini yaxşılaşdırır.
5. Orqanizmdə iltihab əleyhinə təsir göstərir. Damar xəstəliklərinin gedişində iltihaba fikir verilməsinin çox vacib olduğunu qeyd etdik.
6. Damarlarda ərp əmələ gəlməsinin qarşısını alan və onun artmasını
ləngidən təsirə malikdir.
7. Sinir sisteminə tarazlaşdırıcı təsir göstərir. O, avtonom sinir sisteminin simpatik hissəsini ləngidir və parasimpatik hissəsini stimullaşdırır.
8. Qanın axıcılığını artırma, laxtalanma meylini azaltma təsirinə malikdir. Beləliklə, qan damarda asanlıqla dövr edir və damarın laxtalanma ilə tıxanma riski azalır.
9. Oksidləşməyə qarşı qoruyucu təsir göstərir, yəni antioksidant təsir göstərir və reaktiv oksigen məhsullarının istehsalını azaldır.
10. Tənəffüs sistemini yaxşılaşdırır, ağciyər tutumunu artırır.
11. Yüksək təzyiqi salan təsirə malikdir. Daimi idman qan təzyiqini 1 dərəcəyə yaxın aşağı salır, bu təsir az qala təzyiq dərmanının təsiri qədərdir.
12. Lipid pozuqluqlarında düzəldici təsir göstərir. Yaxşı xolesterini artırır, pis xolesterini və qan yağlarını azaldır.
13. Şəkərli diabet yaranmasına profilaktik və ya gecikdirici təsir göstərir.
14. Diabetli xəstələrdə qanda şəkəri aşağı salmağa kömək edir.
15. Piylənmə və artıq çəki ilə mübarizə aparır. Bu, arıqlamağa imkan verir.
16. İdeal çəkini saxlamağa kömək edir.
17. Psixoloji baxımdan çox faydalıdır. Gərginliyi, narahatlığı, depressiyanı, əsəbiliyi azaldır.
18. Stressi azaldır. Bu, məşqin tanınmış təsirlərindən biridir. Məşq endorfinləri ifraz edir və serotonin səviyyəsini artırır. Qanda səviyyəsi artan bu maddələr bədənimizi rahatladır, zehni və fiziki canlılığı təmin edir.
19. Sümük rezorbsiyasının (əriməsinin) qarşısını alır, sümüklərimizi gücləndirir.
20. Siqaret çəkmək kimi pis vərdişlərdən uzaq durmağımıza kömək edir. Siqaret çəkənlərin tərgitməsini asanlaşdırır.
21. Fiziki rifahı təmin edir, özünüzü şux və güclü hiss edirsiniz.
22. İmmunitet sistemini gücləndirir.
23. Ürək-damar xəstəliklərindən qoruyur.
24. Xərçəngdən qoruyur.
25. Əzələ gücünü artırır, yaşla bağlı əzələlərin tükənməsinin qarşısını alır.
26. Beyinə qan axınını yaxşılaşdırır. Zehni gücü artırır və yaddaşı gücləndirir.
27. Yuxuya getməyi sürətləndirir, yuxu keyfiyyətini yaxşılaşdırır.
28. Uşaqlara yaxşı vərdişlər qazandırmağa kömək edir.
İdman və məşqlərin sağlamlığa 28 faydası
Əvvəlki məqaləÖmrü 10 il uzatmaq üçün nə yeyib içməlisiz? – Amerika alimləri
Növbəti məqalədəAnadan uşağa ötürülən xəstəliklər- Genetik miras