dəb

İstənilən bədən ölçüləri və formasında xanımlarımız gözəl, hətta ideal görünüş yarada bilərlər. Bir şərtlə ki, bədən formalarını bilsinlər  və ona uygun, uğurlu geyim stili seçsinlər. Bu başlıq altında sizə təqdim edəcəyimiz bir neçə ardıcıl yazıda bu barədə danışacağıq və sizi modelyerlərin dəyərli məsləhətləri ilə tanış edəcəyik. Beləliklə, bədən formaları və onların geyimlərlə korreksiyası. Necə? Bunun üçün öncə siz bədən formanızı müəyyən etməlisiniz.
Əsasən bədən quruluşu formaları 5 tipə ayrılır.
1.   “Qum saatı” forması;
2.   “Armud” forması;
3.   “Alma” forması;
4.   “T hərfi” forması;
5.   “Kadrat” forması.
Bu dəfə birinci – “Qum saatı” forması barədə məlumat və məsləhətləri diqqətinizə çatdırırıq.
“Qum saatı” forması ən ideal bədən forması hesab olunur. Bu bədən quruluşuna malik olan xanımların geyimlərlə vizual korrektəyə ehtiyacı yoxdur. Modelyerlərin “Qum saatlarına” məsləhət gördükləri geyimləri təqdim edirik.
1.   Şalvarlar- İstənilən stildə şalvarlar sozügedən bədən quruluşu üçün uğurludur. Ən ideal görünən isə dar şalvarlardır.
2.   Yubkalar- Yubkaları da istənilən stildə seçmək olar. İdeal görünənlər isə yubka-karandaş deyilən stil, belı və ya kəməri enli yubkalardır.
3.   Qış geyimləri- Ən ideal görünəcək beli incə paltolardır. Uzun zəriv jaketlər, yaxası V-kəsikli koftalar, həmçinin yaxalıqlı köynəklər “Qum saatı” formaları üçün daha uğurlu seçimlərdir.
4.   Donlar- Zərif parçalardan tikilmiş, beli incə, ətəyi tədricən genişləndirilmiş  donlar  ideal formalı xanımları modelə çevirməyə qadirdir.
5.    Rəng seçimi- Əgər bədən quruluşunuz bu tipə aiddirsə, rəng  və naxışların seçimində də bəxtiniz gətirib. Bütün rənglər  və həddindən boyük olmamaq  şərti ilə bütün naxışlar –kvadrat, xətli, güllü,damalı  parçalar sizn üşün uygundur.
6.   Aksesuarlar- Ən ideal görünən bəzək əşyaları qısa və orta uzunluqda olanlardır. Çeşidli kəmərləri qarderobunuzdan eskik etməyin. İdeal görünüş üçün hündürdaban ayaqqabını unutmayın.
Əvvəlki məqaləKilolu və qısa boylu xanımlar necə geyinməli?
Növbəti məqalədəBelə geyinsəniz, çox cəlbedici görsənərsiniz