İdeal cinsi münasibət üçün 6 qayda

Kişi ilə qadın arasında sağlam münasibət iki halda mövcud olur: bir-birinə qarşı hörmət və ideal cinsi münasibət olduqda. Çünki bir yerdə sevgi bitir və geriyə yalnız hörmət, problemsiz cinsi münasibət qalır. Ona görə də, bir-birinizə hörmət qoymağa çalışdığınız kimi, cinsi münasibətinizi də qaydasında saxlamaqda fayda var. Bunun üçün də sizə cinsi münasibətinizi ideal səviyyədə saxlamaq üçün 6 sadə ipucu veririk.

İdeal cinsi münasibət üçün 6 qayda

Yaxşı seksə mane olan nüanslar

1. İlk dəfə nadir hallarda partnyora qarşı qorxu, kompleks və inamsızlıq kimi hislər olur. Qadın ilk növbədə bütün bu problemləri aşmalıdır, emosiyalarını tamamilə cinsi münasibətdən zövq almağa istiqamətləndirməlidir. Bu orqazmı artırmağa kömək etmək üçün əla bir şansdır.

2. Tərəflərdən biri buna hazır olmadıqda seks mexaniki və mülayim şəkildə baş verməlidir. Misal üçün, partnyorunuz həyəcanlıdırsa və sizdə bu hiss yoxdursa, həmin an cinsi münasibəti bitirməyin. Gözləyin qarşı cinsi o həyəcanını tam yaşasın və orqazm olsun. Belə halla qarşılaşmamaq üçün yaxşı ünsiyyət qurmaq, əvvəlcədən bir-birinizin nə istədiyini bilmək daha vacibdir. Ümumiyyətlə cütlüklərin cinsi ehtiyacları da fərqli müddətlik olur. Məsələn, kişilər hər gün cinsi münasibət istəyirsə, bu müddət qadınlarda həftədə bir dəfə olur. Kişilər 1 dəqiqəyə, qadınlar isə 15 dəqiqəyə orqazm olurlar. Bütün münasibətlərin başlanğıcında mütləq bir uyumsuzluq olur. Amma zamanla partnyorların bir-birinə güvənməsi bu problemin aradan qalxmasına kömək edir.

3. Bir çox cütlüklər küsdükləri zaman barışmaq üçün cinsi münasibəti seçirlər. Bu, əsasən,  şiddətli mübahisələrdən sonra baş verir və əlaqələr aydınlaşdırmaq üçün böyük həll yolu kimi görünür. Amma təəssüf ki, bu doğru addım deyil. Bülə mübahisələrdən sonra tərəflərdən birində mütləq qəzəb və inciklik hiss olur. Əgər müntəzəm olaraq hər mübahisənin sonunda cinsi münasibətlə barışma varsa, bu, yaxşı hal deyil. İpucu: münaqişələrinizi yatağa sürükləməyin. Birinci sülh yaradın, daha sonra yatağa keçin.

4. Bu demək olar ki, hamının başına gəlir: kişi ev işlərində qadına kömək etmək istəmirsə, deməli, qadın da qarşılığında yataqda olmaqdan imtina etməlidir? Bəzən qadın cinsi münasibətdə olmaq istəmirsə “başım ağrıyır” yalanını uydurur. Məsləhət: Heç vaxt belə addım atmayın. Cinsi münasibət mütləq azad olmalıdır.

5. Kişi əgər anal seks istəyirsə, siz buna qarşısınızsa nə etməlisiniz? Mütəxəssislər məsləhət görürülər ki, bir-birinizə qarşı heç bir fiziki zərər vermədən bütün fantaziyalarınızdan istifadə edərək ideal cinsi münasibət yaşaya bilərsiniz. Və çalışın ki, məcburi heç bir şey olmasın.

6. Bir çox qadınlar yataqda çox passiv olur. Belə halda kişi düşünür ki, qadın istəmir. Əks cinsə də qadının istəkli olmağı çox vacibdir. Buna görə də, çalışın müəyyən zamanlar cinsi münasibətin gedişatını öz əlinizə alın. Əmin olun ki, çox yaxşı nəticə əldə edəcəksiniz.

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləMükəmməl bədən üçün 4 idman növü
Növbəti məqalədəDiş sağlamlığında doğru bildiyin səhvlər