hamiləlikArzuolunmaz hamiləliklərdən qorunmaq qadınlar üçün hər zaman ən aktaul problemlərdən sayılır. Bir çoxları bununla bağlı qoruyucu həblərdən istifadə edir.
Başqa metodlardan yararlananlar da var. Bəs əslində hansı metod daha uğurlu sayılır? Qadınlar nələri nəzərə almalıdırlar?
Qadin.az e-tibb.az-a istinadən bununla bağlı ginekoloq-cərrah Əhməd Namazovun məqaləsni təqdim edir:
Statistikaya görə, dünyada ən sıx istifadə edilən hamiləlikdən qorunma üsulu, hormonal həblərdir. Tibbi əks göstərişləri bir kənara qoyaraq “Hər qadın üçün hormonal həblər uyğundurmu?” sualına cavab vermək istəyirəm.
Məqsədimiz, qadınlarda arzuolunmayan hamiləliklərin qaşısını almaqdır. Daha bir önəmli məsələ bu arzuolunmayan hamiləliklərin sonlandırılmasına bağlı olan sosyal və tibbi problemləri önləməkdir.
Niyə hamiləlikdən qoruma üsülu seçərkən hər qadına individual yanaşılmalıdır? Bunu kiçik bir hekayə üzərindən izah edim.
Bir gün ambulatoriyada olduğum zaman 22 yaşlı bir xanım mənə müraciət etdi:
– Doktor mən hamiləlikdən qorunmaq istəyirəm,mənə hormonal həblər üçün resept yazın zəhmət olmasa.
Xanımın tibbi məlumatlarını gözdən keçirdim, görünən bu idi ki, əslində hormonal həblər üçün bir əks göstəriş yoxdur. Ancaq bir sual məni maraqlandırdı:
– Nə qədər müddətə hamiləlikdən qorunmağı planlayırsınız?
Xanım çox əminliklə cavab verdi:
– Doktor, yaxın 5 ildə qəti sürətdə hamiləlik planlamıram
Bu cavabı eşidəndə mənim növbəti sualım qaçınılmaz oldu:
– Yaxşı bəs 5 il boyunca hər gün vaxtlı-vaxtında unutmadan həb qəbul etmə iradəsini özünüzdə görürsünüzmü?
Bu sual qarşısında bir az öncə əminliklə məndən hormonal həb istəyən xanım duruxub qaldı. Bir az sonra cavab verdi:
– Doktor əslində 1 il öncə arzuolunmayan hamiləlik keçirdim və sonlandırdım. Bu məndə böyük travma yaratdı. Onda da hormonal həblərdən istifadə edirdim, bir neçə gün qəbul etməyi unutmuşdum. Siz mənə başqa nə təklif edirsiniz?
Və mən başladım spiral və digər qorunma metodlarından bəhs etməyə…
Arzuolunmayan hamiləliklər və bunlara bağlı yaranan maddi və mənəvi problemlər günümüzdə aktual problemlərdən biridir. Hamiləlikdən qorunma üsulunun maksimal effektli olması üçün qadının tibbi və qeyri-tibbi statusu nəzərə alınmalı və ona uyğun individual yanaşma tərtib edilməlidir.

Əvvəlki məqaləHər gün qollarınızı fırladın, möcüzəyə şahid olun – Şəfa texnikası
Növbəti məqalədəŞeron Stoundan qadınlara ilhamverici fikirlər