Qadınlar hər zaman gözəl görünmək istəyir. Bəzi hamilələr dəbə uyğun geyindiyi halda, digərləri paltarın üstündən bir də hamiləlik bandajı taxaraq, zövq barədə əsla düşünmürlər. Həm rahat, həm də cazibədar hamiləlik geyimi necə olmalıdır?

Hamiləlik kiyafətləri: kurtka-parka

Parka formasında kurtkanı xoşlayan qadınlar bu geyimi payız, qış, eləcə də yaz fəslində geyinə bilər. Parkaların isti sintepon astarlı növləri vardır. Bu hamiləlik geyimi qadının qarnını çox qabartmır. Parkada gəzmək olduqca rahatdır.

Hamiləlik geyimi – geniş palto

Modanın sayəsində oversize (böyük ölçülü) geyimlər artıq dəbdədir. Komfortu və sərbəst geyinməyi sevən stil sahibi hamilələr kokos formalı geniş paltoları geyinə bilərlər. Onlar praktiki olaraq hər bədən formasına uyğundur.

Hamiləliyin erkən mərhələlərində bu palto kiçik qarını örtəcək, sonrakı dövrlərdə də onunla gəzmək və hərəkət etmək çətinlik törətməyəcək. Paltolar əsasən qara, tünd göy, boz və xaki rənglərdə istehsal edilir. Daha parlaq rəngləri sevən qadınlar üçün açıq və solğun çəhrayı rəngli üst geyimləri də mövcuddur.

Hamiləlik geyimi foto 1

Hamiləlik əlbisələri – trikotaj

Yumşaq trikotajdan elbise modelleri və köynəklər hamilələrin xilaskarıdır. 2 ölçü böyük alıb, hamiləliyin bütün dövrlərində geyinmək olar. Elastikliyi sayəsində trikotaj dartılır və qarına təzyiq göstərmir.

Hamiləlik pantolonu cins şalvarlar və kombinzon pantolon.

Hamilələr üçün cinslər çox rahat olmalıdır. Kombinzon və pantolonu 1 və 2-ci trimestrdə rahatlıqla geyinmək mümkündür.

Hamiləlik geyimi – leqqinslər

Böyük ölçülü və yaraşıqlı şalvar tapmaq o qədər də asan deyil. Dəblə ayaqlaşan hamilə qadınlar leqqins geyinməyə üstünlük verirlər. Onlar tunik və boş futbolka ilə çox gözəl və yığcam görünürlər.

Hamiləlik geyimi şəkil 2

Hamiləlik elbise modelleri – rezinli maksi ətəklər

İlin isti vaxtlarında hamilə qadınlar maksi, yəni uzun ətəklərdən istifadə edə bilərlər. Bu ətəklərin bel nahiyəsi rezinli olduğundan qarına təzyiq etmir.

Hamiləlik əlbisələri – hündür belli donlar

Bu donlar bebi-doll adlanır. Onlar əsasən ilin isti vaxtlarında geyinilir. Rahat və zövqlü elbiseler uzun müddət istifadəyə yararlıdır. Dar korsetli kiyafetləri hamiləliyin bütün mərhələlərində qarderobdan çıxarmaq məsləhətdir.

Müasir dövrdə tekstil sahəsinin bu qədər inkişaf etməsi, həmçinin ölkəmizə dünyanın bir çox yerindən əlbisələrin idxalı hamiləlik geyimi seçimində çətinlik yaratmır. Lakin seçim nə qədər çox olsa da, gözəl görünmək zövq tələb edir. Odur ki, hər zaman gözəl geyinin və cazibədar olun.

Əvvəlki məqaləHamiləlik cədvəli qız-oğlan
Növbəti məqalədəQadında güclü orqazm üçün nə vacibdir? – SORĞU