Hamiləlikdə cinsiyyət hesablama qədim zamanlardan insanları maraqlandıran suallardan biridir. Genetik metodların, nanotexnologiyanın inkişaf etdyi müasir dövrdə uşağın cinsini təyin etmək o qədər də çətin deyil.

Lakin əvvəllər bu çox tələb olunan, həmçinin mübahisəli məsələlərdən idi. Çünki keçmişdə bir çox ölkələrdə, əsasən də kasıb ailələrdə bir neçə qız uşağının doğulmasını istəmirdilər. Bu məqsədlə qədim Çin və Yaponiyada xüsusi cədvəl hazırlamışdılar. Bu hamiləlik cədvəli qız-oğlan uşağının təyini üçün əlverişli üsul idi.

Uşağın cinsi atadan asılıdır

Doğulacaq uşağın cinsiyyəti tamamən atadan asılıdır. Belə ki, qadın cinsi hüceyrəsi, yəni yumurtahüceyrə yalnız X, kişi cinsi hüceyrələri – spermatozoidlər isə X və Y xromosom dəstindən ibarətdir. Uşağın cinsiyyəti mayalanmada hansı spermatozoidin iştirak etməsindən asılıdır. Yəni:

X yumurta hüceyrə + Y spermatozoid = oğlan

Xyumurtahüceyrə + Xspermatozoid = qız

Hamiləlik cədvəli qız-oğlan şəkil 1

Hamiləlik cədvəli qız-oğlan haqqında daha ətraflı

Yaponların ixtira etdiyi metod çox maraqlıdır. O, qısa zamanda xeyli məşhurlaşmışdır. Əvvəlcə ata və ananın doğulduğu ayların kəsişməsinə görə şifrəni seçib, 2-ci cədvəldə mayalanma ayına əsasən tapdığımız rəqəmlə kəsişməsinə baxırıq. X hərfinin üstündəki rəqəm həmin cinsiyyətdə uşağın doğulma ehtimalının yüksək olduğunu göstərir. Məsələn, X8 qız, X2 oğlan göstərdikdə, şübhəsiz ki, gələcək körpənin qız olması şansı daha çoxdur.

Hamiləlik cədvəli qız oğlan foto 8

Bu cədvələ görə ata aprel, ana isə sentyabr ayında doğulubsa, kəsişmə nöqtəsindəki şifrə 1-dir. Sonra hamiləlik cədvəli qız-oğlan 2-ci hissəsinə baxırıq.

Hamiləlik cədvəli qız oğlan foto 2

Beləliklə, 1-ci cədvəldə tapdığımız 1 şifrəsinə görə mayalanma ayını kəsişdiririk. Tutaq ki, mayalanma iyun ayında baş tutub. Bu halda cədvəldən göründüyü kimi oğlan X, qız X –dər. Yəni, nisbət 1:1 təşkil edir. Bu zaman gələcək körpənin oğlan və ya qız olma ehtimalı 50%-dir.

Hamiləlik cədvəli qız-oğlan – ananın yaşına görə hesablama

Bu cədvəl digəri ilə müqayisədə daha sadədir. Ananın yaşı və mayalanma ayına görə uşağın cinsiyyətini proqnozlaşdırma cədvəlidir.

Hamiləlik cədvəli qız oğlan foto 3

Nəticələrdən arxayın olmaq məqsədilə hər iki cədvəldən istifadə edərək, cinsiyyəti hesablaya bilərsiniz. Ümid edirik ki, təqdim etdiyimiz hamiləlik cədvəli qız-oğlan hesablama metodları Sizin üçün faydalı olacaqdır.

Sonda onu da qeyd etməliyik ki, bu cədvəllərin dəqiqliyi 100% deyil. Cinsiyyəti təyin edən ən düzgün üsul ultrasəs müayinəsidir.

 

Mənbə: ginekologiya-hamilelik.az

Əvvəlki məqaləUlduz falı – 4 avqust
Növbəti məqalədəHamiləlik geyimi