ailə

Bəs siz necə, həyat yoldaşınızı kifayət qədər tanıyırsınızmı? Bunu müəyyən etmək üçün sizə təqdim etdiyimiz test yol göstəriciniz olacaq.

Cütlüklərin aşağıdakı 15 sualı ayrı-ayrılıqda cavablandırmaları, cavab kağızını bir-birlərinə göstərməmələri lazımdır. Əvvəl öz bucağınızdan doğrunun nə olduğunu işarələyin, sonra yoldaşınızın baxımından sualları cavablandırın. Sonra qarşılıqlı olaraq bir-biriniz haqqındakı fikirlərinizi müqayisə edin və nəticələrdəki fərqləri aydın sezə biləcəksiniz.

1. Yoldaşınıza çanta hədiyyə edəcəksiniz, sizcə, ən uyğun rəng hansıdır?

a) Qara
b) Qəhvəyi
c) Tund qırmızı
d) Boz
e) Sarı

2. Ona üst geyimi alacaqsınız, sizcə, ən uyğun rəng hansıdır?

a) Ağ
b) Qırmızı
c) Mavi
d) Yaşıl
e) Qara

3. O, aşağıdakı hədiyyələrdən hansına daha çox sevinir?

a) Palto
b) Bujiteriya
c) Qızıl saat
d) Fotoaparat
e) Kompüter

4. Yoldaşınız necə bir avtomobilə sahib olmaq istərdi?

a) Rahat, sıravi bir avtomobil
b) İdman avtomobili
c) “Mercedes”
d) BMW
e) Ən yaxşı sovet istehsalı olan avtomobil

5. Dünya miqyasında harada istirahət etmək istərdi?

a) Orta Asiya
b) Yaxın Şərq
c) Avropa
d) Amerika
e) Afrika

6. Həftə sonu kiçik bir gəzinti üçün haranı seçim edər?

a) Bodrum
b) Yalova
c) Paris
d) Moskva
e) Qahirə

7. Ac vaxtında aşağıdakı yeməklərdən hansını seçərdi?

a) Quru paxla
b) Balıq
c) Dönər
d) Açıq bufet
e) Makaron

8. Həyat yoldaşınız aşağıdakılardan hansını tanımağınızı istərdi?

a) Bəyənilən bir yazarı
b) Ən sevdiyi siyasətçini
c) Vacib bir din adamını
d) Təqdir etdiyi bir idmançını
e) Sevdiyi bir sənətçini

9. Aşağıdakı evlərdən hansına sahib olmaq istər?

a) Dağ evi
b) Bag evi
c) Kənd evi
d) Dəniz kənarında ev
e) Dəbdəbəli villa

10. Həyat yoldaşınız sizin ən çox hansı özəlliyinizi bəyənir?

a) Səsinizi
b) Gözlərinizi
c) Gülüşünüzü
d) Ona qarşı münasibətinizi
e) Ümumi davranışınızı

11. Yoldaşınızda aşağıdakı müsbət xüsusiyyətlərdən hansı daha çoxdur?

a) Dürüstlük
b) Cəsarət
c) Soyuqqanlılıq
d) Comərdlik
e) Gözütoxluq

12. Yoldaşınızda aşağıdakı mənfi xüsusiyyətlərdən hansı daha azdır?

a) Tələskənlik
b) Yalançılıq
c) Qorxaqlıq
d) Xəsislik
e) Bədxərclik

13. Yoldaşınız sizinlə birlikdə nə etməkdən zövq alır?

a) Musiqi dinləmək
b) İdman yarışını seyr etmək
c) Gəzmək
d) Maraqlı mövzular üzrə söhbətləşmək
e) Yemək yemək

14. Yoldaşınız ən çox nədən gileylənər?

a) Soyuqdan
b) Yağış və küləkdən
c) İstidən
d) Fırtınadan
e) İzdihamdan

15. Ona ən ağır gələn məcburiyyət hansıdır?

a) Həkimə getmək
b) Növbədə gözləmək
c) Uzun uzadı hesablamalar
d) Diş həkiminə getmək
e) Böyükləri ziyarət etmək

Əvvəlki məqaləMikrobladinq
Növbəti məqalədəPilinq nədir və hansı hallarda olunmalıdır?