xəyanət

Ailə həyatında insanların bir-birinə xəyanətini müəyyən etmək çox asandır. Sputnik Azərbaycan xəbər verir ki, bu qənaətə psixoloq Anderey Nikolayev gəlib.

Psixoloq bildirib ki, bunun üçün kişilərin niyə başqa münasibət axtardığını müəyyən etmək lazımdır. Daha sonra isə kişidə baş verən dəyişikliklərə diqqət yetirmək lazımdır. Axı bu dəyişiklər sizə rəqibin olduğunu açıq şəkildə hiss etdirə bilər.

“Kişi anidən nəzakətli olur. Gözlənilmədən hədiyyələr almağa başlayır. Bu günahkarlıq hissinin əlaməti ola bilər. Əgər kişinin sizə qarşı münasibətində əvvəldən laqeydlik olubsa, onun davranışları mənfi istiqamətdə dəyişə bilər,” – deyən psixoloq bildirir ki, əgər kişi işdə, idman zalında yubanırsa, telefonlara cavab vermirsə, bu onun xəyanət etdiyinin əlaməti ola bilər.

Bundan başqa, xəyanət edən kişi xarici görkəminə diqqət göstərməyə başlayır. Xəyanət edən şəxs gizliliyi artırmağa başlayır. Öz cihazlarında şifrələri dəyişir. Telefon danışıqları zamanı təkliyə çəkilir. Xəyanət edən şəxs daim istifadə etdiyi ətri dəyişir, yeni yeməklər sevməyə başlayır.

Bundan başqa, əgər kişi xəyanət edirsə, bunu onun avtomobilinə baxanda da bilmək olar. Avtomobildə yad qadın əşyaları, geyimlərdə kosmetika izi xəyanətin göstəricisidir. Çünki rəqib qadın hər zaman əsas qadına var olduğunu hiss etdirməyə çalışır.

Əvvəlki məqaləEviniz xasiyyətinizdən xəbər verir
Növbəti məqalədəAna südü sağıldıqdan sonra necə saxlanmalıdır?