Ev Homme+Femme Hər aldadılma eyni deyil

Hər aldadılma eyni deyil

Aldadılmaq hissi nə qədər pis olsa da, özündə müəyyən səbəbləri birləşdirir. Bəs bütün aldatmalar eynidirmi? Foxy hər aldatmanın eyni olmadığından yazır.

İnsanın qürurunu, inamını qıran, ona pis əhval yaşadan bu hissin müxtəlif səbəbləri var.   Hər aldadılma eyni deyil

Bəyənildiyini sübut etmək üçün aldatmaq – ciddi hisslər olmur

Bəzi aldatmalar səthi və qısa olur. Hətta telefonlaşma və mesajlaşmadan o tərəfə keçə bilmir. Aldatan tərəf içərisində sevgi olmayan müəyyən bir münasibətə girir. Adətən, belə münasibətlər sosial şəbəkələr və ya mobil telefon vasitəsi ilə olur. Ciddi hislər deyil də, sadəcə xoş söz eşitmək, bəyənilən bir insan olduğunu sübut etmək istəyənlər bu yolla aldatmağı seçirlər. Bu hal bəzən məktəb yoldaşları arasında olur. Onlar, adətən, münasibətlərini hamının yanında gizli saxlayırlar və axşamlar mesajlaşırlar. Mesajlaşma isə gün boyu isti baxışmalar və geyim haqqında olur.

Dərin yaralar açan aldatmaq – duyğusal hislər olur

Ən təhlükəli və incidən aldatmaq içərisində duyğusal hislərin olduğu aldatmalardır. Bu zaman aldatılan tərəf çox pis depressiv vəziyyətdə olur. Sevdiyi insanın başqasına bəslədiyi hislər qarşı tərəfin ürəyini ağrıdır. Aldadılan insan çox vaxt tərcih edildiyi insan haqqında düşünər. Niyə görə onunla aldadılır maraqlı olur ona. Belə vəziyyətlərdə aldadılan insan sevgilisinin sevgisini itirdiyini və sadəcə bəzi səbəblərə görə münasibətə son qoya bilmədiklərini anlayır.

Ciddiyə alınmayan aldatmaq – bir gecəlik həvəs

Fiziki aldatmalar isə başqa cür olur. İnanılmaz olsa da, bir çox qadınlar bu tip aldatmalara fikir vermirlər. Bu cür aldadan kişilər adətən münasibəti bir gecə ilə yekunlaşdırırlar.

Əvvəlki məqaləUşaqlara faydalı
Növbəti məqalədəCinsi əlaqə, yoxsa Dostluq? 18+