pəhriz

Düzgün qidalanma gün ərzində yeyəcəyiniz ərzaqları həzm olma prinsipinə görə düzgün vaxtlarda bölüşdürmək deməkdir. Səhərin qidası ayrı, axşamın yeməyi ayrıdır.
 
Qəhvə
Filmlərdəki kimi bir fincan qəhvə ilə günə başlamaq filmlərdə gözəl görünə bilər, real həyatda isə sizə mədə yanğısı, qastrit, bağırsaq qıcıqlanmasından başqa bir şey verməyəcək.
Qəhvə axşamüstü və axşam, yuxudan 2-3 saat əvvəl içilə bilər. Bu günboyu yığılmış neqativi aradan qaldırıb, əhvalı düzəldəcək.
Yağlı ət
İstər quzu, qoyun, dana, donuz əti olsun, bunların həzmi üçün 4-5 saat lazımdır. Proteinlə zəngin qidalar günorta yeyilməlidir. Bu sizin iş gücünüzü də artırar. Axşam ət yemək yuxunu pozur.
Sıyıqlar
Bütün sıyıqlar, xüsusən yarma sıyıqları səhər yeyilməlidir. O, mədənin selikli qişasını örtür, müdafiə edir, turşuluqdan qoruyur.
Həmçinin orqanizmi faydalı elementlərlə təmin edir.
Yumurta
Gün ərzində toxluq hissi yaradır, deməli, səhərlər, ən geci saat 11-12də yeyilə bilər. Amma yaxşı olar ki, suda bişmiş yumurta yeyəsiz.
İsti şorbalar
Sovet dövründən nahara ilk olaraq şorba verilməsi yaxşı ənənədir. Amma dietoloqlar şorbanın axşam yeməyinə yeyilməsini məsləhət görür. Çünki bu sakitləşməyə, yaxşı yatmağa kömək edər. Həm də axşama şorba yemək piylənmə yaratmır. Amma axşama noxud, mərci, paxlalı şorba olmaz
Sitrus meyvələri
Acqarına, səhər yemək qəti olmaz. Ən yaxşı qəbul saatı gündüz 11-12, 3-4 arasıdır.
Çörək
1 dilim səhər, bir dilim də günorta yemək bağırsaqlar üçün yaxşıdır, həm də enerji verir. Axşama isə qaba undan makaron, pasta yeyə bilərsiz.
Tərəvəzlər
Həm salatları, həm qarnir kimi bişmiş tərəvəz günorta və axşam 6-a kimi yeyilə bilər. Səhər və gecə saatlarında tərəvəzlər məsləhət deyil.