sağlam olmaqKim düşünə bilərdi ki, qolların sadəcə 180 dərəcə bir istiqamətə fırladılması kimi adi hərəkət bizim orqanizmimizə hədsiz faydalar gətirə bilər. Əminik ki, bu metodu bu günə qədər bilmirdiz və etmirdiz.
Qadin.Az medicina.az-a istinadən bildirir ki, qolların fırladılması hərəkəti yaşından, cinsindən asılı olmayaraq hər kəsin hər gün etməli olduğu hərəkətdir.
Əgər siz müntəzəm olaraq bu hərəkəti etsəniz, nə baş verəcək?
Faydaları:
-bütün orqanizmdə qan dövranı yaxşılaşır
-Çiyin, qol, bel nahiyəsində əzələ tonusu yaxşılaşır, ağrılar gedir
-Baş və boyun hissədəki narahatlıq gedir, başağrı, başgicəllənmə azalır
-Müvazinət yaxşılaşır
-Beynin funksiyası artır
-Güc, enerji yüksəlir
-Özünüzü gümrah hiss edirsiz
Necə etməli?
Düz dayanırsız, ayaqları dizdən bir qədər qatlamış saxlayırsız.
Dabanlarınızın üzərində dayanaraq bədənə impuls verirsiz. Qollarınızı yana açıb fırladırsız. Əvvəlcə bir istiqamətə 10 dövrə edirsiz, sonra əksinə 10.
Getdikcə fırlanmaların sayını artıra bilərsiz.