Quru dərilər
Əgər dəriniz qurudursa, seçəcəyiniz günəş qoruyucu kremi spirt tərkibli olmamalıdır. Dərini nəmləndirən, aloe vera və ya qliserin ehtiva edən günəş kremləri istifadə etməlisiniz. Losyon kremlər, daha maye konsistensiyada olduqları və məsamələrin tıxanmasını qoymayan kremlərə üstünlük verməlisiniz. Yay ayları ilə yanaşı, qış aylarında da ən azından əl, boyun, üz kimi açıqda qalan bölgələrə günəş qoruyucu krem sürtməyi vərdiş halına gətirməlisiniz.

Həssas dəri
Əgər həssas bir dəriniz varsa, günəş qoruyucu seçərkən əlavə diqqət göstərməlisiniz. Qoxulu olmayan, allergik reaksiyalara gətirib çıxarmayacaq günəş kremləri seçiminiz olmalıdır. SPF 50 və yuxarı günəşdən qoruyucular tətbiq etməyinizdə fayda var.

Yağlı dəri
Günəş kremini seçmək haqdaBir çox günəş qoruyucunun quruluşu və tərkibi qatıdır. Bu cür məhsullar dərinin daha çox yağ çıxarmasına və çivzələrin artmasına səbəb olur. Əgər dəriniz çox yağlıdırsa\ə sprey formasında olan günəş qoruyuculara üstünlük verməlisiniz.

Qarışıq dəri
Günəş qoruyucu kremlər vəzifəsinin tələbi ilə bağlı olaraq yağ ehtiva edir. Bu səbəbdən də günəş kremi seçərkən az yağlı məhsullara üstünlük verin. Qarışıq dəri quruluşuna malik olanlar maye formasında olan məhsullar istifadə etməlidirlər. Günün sonunda dəri təmizlənərək, bu məhsulların yaratdığı yağlılıq azaldılmalıdır.

Günəşdən necə qorunaq?
Günəş şüalarının pik olduğu 11.00-15.00 arası saatlarda günəşə çıxmayın. Şapka istifadə edin, eynək taxın. Açıq rəngli geyimlər seçin. İsti havada maye itkisi daha çox olduğu üçün bol su için. Dəniz suyunun ultrabənövşəyi şüalarını əks etdirdiyini unutmayın. Bu səbəbdən də kölgədə qalmağa çalışın. Ən əhəmiyyətli məqamı unutmayın: yay-qış günəş qoruyucu istifadə edin. Yayda günəşə çıxmazdan yarım saat əvvəl mütləq günəş kremi çəkin. Qışda isə açıqda qalan bölgələr olan əl, üz və boyun kimi bölgələrə tətbiq edin.

Seçdiyiniz günəş kremi dəriyə hopmalıdır və qidalandırıcı olmalıdır. Həmçinin, tez qatılaşmamalıdır.

Əvvəlki məqaləQırmızı rəng
Növbəti məqalədəKimə hansı rəng yaraşır?