digər

Hal hazırda gümüşdən hazırlanmış üzüklər, qolbaqlar və s. zinət əşyaları dəbdədir.

Təəssüf ki, müxtəlif təsirlərdən gümüş tez-tez qaralır, parıltısını itirir. Gümüşü ev şəraitində təmizləmək üçün sizə bir neçə asan üsul təqim edirik.

Təmizlədikdən əvvəl gümüşü sabunlu ilıq suda bir qədər saxlayın və sonra kiçik fırçanın köməyi ilə bu suda yuyun. Daha sonra diş tozunu naşatır spirti ilə (apteklərdə satılır) qarışdırın (duru sıyıq kimi alınmalıdır) və bu vasitə ilə gümüşü yaxşı təmizləyin.

Digər üsul – sodanı su ilə qarışdırın və gümüşü bu qarışıqla təmizləyin.

Çox qaralmış gümüşü əvvəl su ilə qarışdırılmış naşatır spirtində 20 dəqiqə ərzində isladın, sonra fırça ilə bu suda yaxşı yuyun. 1 x.q. naşatır spirti üçün 10 x.q. su götürülür.

Gümüş üzüklərdə qiymətli daşlar varsa, daha ehtiyatlı olmaq lazımdır. Daşları sürtmək olmaz. Belə zinət əşyaları su və naşatır spirtlə təmizləyirlər.

Gümüşü qaralmadan qorumaq üçün bu kimi sadə qaydalara əməl edin:

– ev işləri gördükdə onları çıxardın,

– bəzək əşyalarını xüsusi sandıqçada saxlayın,

– onların üzərinə krem, ətir və s. kosmetik vasitələr düşməməlidir.

– hər hansı gümüş bəzək əşyalarını uzun müddət ərzində taxmırsınızsa, onları folqaya bükün. Bu halda onlar qaralmayacaq.

Əvvəlki məqaləUşaqlıqdan kənar hamiləklə bağlı olan bəzi yalnış fikirlər
Növbəti məqalədəZəif uşaqları qədimdə niyə duzla ovxalayırdılar