Gözəl görünməyin sirləri ilə tanış olmaq istərdinizmi? Elə isə aşağıda məsləhət görülən maskalardan istifadə etmək zamanıdır.

Gözəl qalmanın sirrləri

№1 Yumurta ağından maska

Yumurta ağı dəri örtüyünün elastikliyini yüksəldir və praktik olaraq ani liftinq imkanı yaradır. Üşağıdakı komponentlərlə birlikdə qarışdırıb istifadə edə bilərsiniz:

bir yumurtanın ağı
1/2 çay qaşığı vitamin E
Bir neçə damcı limon, ya da portağal şirəsi

Qarışığı masaj hərəkətləriylə dəriyə tətbiq edin. Bu maskanı həmçinin boyun və dekolte sahəsində də tətbiq etmək olar. Tam quruduqdan sonra ilıq suyla yuyun.

№2 Şəkər tozu – yumurta sarısı

Bu məhsulların qarışığından alınmış maska cavanlaşmanın ən yaxşı təbii üsullarından biridir. Bir yumurtanın sarısını, 1 çay qaşığı şəkər tozu ilə çırpın. Qarışığı yumşaq masaj hərəkəti vasitəsiylə üzə tətbiq edin. 5-7 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.

№ 3 Bir möcüzə

Gözəl qalmanın sirrləri

Dərinin bütün tipləri üçün yarayır və sadəcə möcüzələr yaradır!
1 xörək qaşığı xama və 1 çay qaşığı limon şirəsini qarışdırın. Bura dəri tipinizə uyğun olan hər hansı efir yağlarından da əlavə etmək olar. Prosedur vaxtı 20-30 dəqiqə çəkir. Maskanın tətbiqindən sonra dəri hamarlaşacaq. Bu maska həm də yaz ləkələrinə və sizanaqlara da kömək etmiş olacaq.

№4 Avokado – bal

Gözəl qalmanın sirrləri

Bu komponentlər dərini yumşaq, elastik və hamar edir. Avokado meyvəsinin yarısını blenderdə xırdalayın və ya çəngəllə əzin, 2 xörək qaşığı bal və 1 yumurta ağı əlavə edin. Prosedur vaxtı 15 – 20 dəqiqədir.

№5 Bananlı krem-maska

Gözəl qalmanın sirrləri

Yetişmiş bananın yarısını götürün və 2 xörək qaşığı qaymaqla qarışdırın. Bura vitamin E kapsulu əlavə edin və yenə yaxşıca qarışdırın. Üzünüzə tətbuq edin, 15 dəqiqədən sonra yuyun.

№6 Yulaf maskası

Gözəl qalmanın sirrləri

Yulaf maskası qırışlardan xilas olmaq üçün ən yaxşı seçimdir.

Lazım olan komponentlər:
2 xörək qaşığı yulaf
yarım stəkan qaynar su
bir yumurtanın ağı
1 xörək qaşığı bal

İsti suyla yulaf yarmasını bir qaba tökün və 30 dəqiqə saxlayın. Bütün komponentləri yaxşı qarışdırın, 10-15 dəqiqə üzdə və boyun hissəsində saxlayın, sü Sonra isə suyla yaxalayın.dlə yuyun.

Siz bu maskaları həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz.

Əvvəlki məqaləUlduz falı – 26 iyul
Növbəti məqalədəBu qida qocalma sürətini azaldır – FOTO