Yuxudan şirin dünyada nə ola bilər?! Hələ qədim zamanlardan alimlər yuxu haqda araşdırmalar aparıb, maraqlı fraktlar ortaya çıxarıblar. Lakin elmi faktlardan başqa yuxu haqda müxtəli əfsanələrdə yaranıb
Yuxu haqqında miflər
1.İmkan düşən kimi yatmaq. Adətən həftənin istirahət günləri daha çox yatmağa çalışırıq, sanki həftəlik yuxu planı doldururuq. Hamilələrə isə deyirlər ki, indidən yat, çünki son ayları yatmaq mümkün olmayacaq. Lakin alimlər konkret olaraq 7 günlük yuxu rejiminə riayət etməyi məsləhət görürlər. Düzdür, həyatda elə günlər olur ki, çox yatmalı oluruq. Bayram ərəfəsindəki yorğunluq, ağır iş günləri və s… buna aiddir. Lakin ümumi olaraq eyni vaxtda yatıb, eyni vaxtda qalxmaq sağlamlığınıza da faydalıdır.
2.Gecə idmanı faydalıdır və siz tez yuxuya gedəcəksiniz. Əslində isə, gecə məşq etdiyiniz zaman qan qaynamağa başlayır və yatmaq çətinləşir. Həkimlər ən azı yatmamışdan 3 saat öncə məşqi bitirməyi məsləhət görürlər. Fiziki məşqlər üçün ideal zaman axşam saat 5-dir. Ancaq insan fiziologiyasından da çox şey asılıdıq.
3.İnsan böyüdükcə yuxuya tələbatı azalır. Əslində bu heç də belə deyil. Orqanizmin yuxuya tələbatı dəyişmir. Sadəcə yaşlaşdıqca yuxulamaq çətinləşir.
4.Yuxu beyinin istirahəti deməkdir – bu yanlışdır. Beyinə istirahəti aktivliyin yerləşdirilməsi gətirir. Yuxu isə fiziki gücü bərpa etmək üçündür.
5.Əgər gecə oyanmısınızsa, yataqdan qalxmayın, çünki yuxunuz qaçar. Bu da səhv yanaşmadır. Gecə oynamısınız və gözünüzə yuxu getmirsə ayağa qalxın, 15 – 20 dəqiqə evdə dolaşın, televizoru yandırmayın. Pəncərədən baxın, xəyala dalın, əmin olu ki, yuxunuz gələcək.
6.Yuxudan öncə yataq otağında nə qədər çox zaman keçirsəniz bir o qədər tez yuxulaycaqsınız. Əslində hər şey əksinədir. Çalışın yataq otağı yalnız istirahət etmək üçün nəzərdə tutulsun. Heç bir televizor, kitab, kompyuter və s… olmaz.
7.Gecə seksi yuxunu qaçırır. Yəqin ki, gecə yatdığınız zaman həyat yoldaşınız sizə yaxınlaşır, siz isə “səhər tez oyanmalıyam” sözləri ilə cavab vermisiniz. Düşünürsünüz ki, yuxunuz qaçacaq və yata bilməyəcəksiniz. Ancaq seks insanı sakitləşdirir, stressi aradan götürür, orqanizmdə xoşbəxtlik hormonları çoxaldır. Buna görə də daha yaxşı yuxuya gedəcəksiniz və yuxunuz rahat olacaq.
Yuxu haqqında maraqlı faktlar
1.Yuxunuz kifayət qədərdimi? Bunu başa düşmək üçün “Nə qədər vaxta yuxuya gedirsiniz?” sualına cavab verin. Əgər 5 dəqiqəyə yuxuya gedirsinizsə, deməli yuxunuz azdır, çünki normal yuxuya getmə müddəti 10 – 15 dəqiqədir.
2.Uşaqlara və yeniyetmələrə 10 saat, böyüklərə isə 6 – 8 saat yuxu lazımdır.
3.Körpənin həyatının ilk illərində valideynlər 450 – 750 saat yuxusuz qalırlar.
4.17 saat yuxusuzluq və istirahət etməmək fikrinizi cəmləməni çətinləşdirir. Bu təxminən qanda 0,05% alkoqolun təsirinə bərabərdir.
5.Uzun müddət yuxusu az olan insanlar daha tez sərxoş olur.
6.İnsanların təxminən 70% – i yatan zaman yıxıldığını zənn edir və nədənsə tutmağa çalışırlar. Məsələ orasındadır ki, yatan zaman beyin əzələlərə yıxılmaq haqda siqnal göndərir və biz əl – ayaqlarla hərəkət edirik. Bu siqnallar ona görə baş verir ki, bədənimiz şaquli formadan üfiqiyə keçir və beyin bunu anlamağa imkan tapmır.
7.Yuxuda olan zaman gözlərimiz bədən hərəkətlərimizi təkrarlayır.
8.Yuxulayan zaman 5 mərhələ keçirik və bunların heç biri təkrarlanmır.
9.Qadınlar və yaşlı insanlar yuxusuzluqdan başqalarına nisbətən daha çox əziyyət çəkirlər.
10.İnsan yuxusuz 18 gün yaşaya bilər. Bu zaman insanda yaddaş pozğunluğu, hallyusinasiya və s. problemlər meydana çıxır.
11.Bir çox insanlar açıq gözlərlə mürgüləyirlər və bundan xəbərləri belə olmur.
12.Qadınlar yuxuya ehtiyacı kişilərə nisbətən 1 saat çoxdur.
13.Son 25 ildə ərzində insanlar yuxu sahəsində daha çox açılışlar ediblər.