baxımlı xanımlar

Gənc görünməyin yolları hər kəsə maraqlıdır. Bizim bir çoxumuz daha gənc görünməyi arzulayırıq. Bunun üçün heç bir fürsəti əldən vermirik. Elə bilməyin ki, gənc görünmək sadəcə bir xəyaldır.

Gənc görünə bilməyiniz üçün bir neçə praktik üsullar var. Aile.lent.az bunun bir neçə yolu ilə sizi də tanış edir.

Cürətli olun

Hər zaman səliqəli görünmək istəyi tərzinizin getdikcə daha darıxdırıcı və dəbdən düşmüş olmasına səbəb olur. Yaşınız neçə olursa-olsun, istifadə etdiyiniz aksessuarlarda bir az cürətli  olmağınızda heç bir qorxu yoxdur. Yeganə olaraq geyim üslubunuza bir dənə həyəcanverici və gözlənilməz ştrix əlavə edin, məsələn, parıldayan, al-əlvan şərf, qeyri-ənənəvi ətək və ya bluz geyinə bilərsiniz.

Bir az dinamizm qatın

Sadə xətli üst geyimi sizin daha çox şən və enerjili görünmənizi təmin edər. Bu halda seçiminiz incə, üfüqi xətlər olmalıdır. Çünki qalın xətlər sizi olduğunuzdan daha artıq çəkili göstərər. Xallı naxışlar da görünüşünüzə eyni müsbət təsiri verir.

Öz stilinizi seçin

Geyiminizə sizi olduğunuz kimi göstərməyə kömək edən aksesuarlar əlavə edin. Böyük bir boyunbağı, böyük sırğalar və ya qolbaq təsirli formada diqqət cəlb edəcək. Bu cür böyük aksessuarlar istifadə edərkən, ifrata varmayın və ya az qala fərq edilməyən, gözə dəyməyən kiçik aksessuarlara üstünlük verin.

Üzünüzü işıqlandırın

Üzünüz nə qədər işıqlı görünürsə, o qədər gənc və müsbət ruhlu görünəcəksiniz. Üzünüzü işıqlandırmanın ən təsirli yollarından biri  ağ yaxalı paltar geyməkdir. Bu polo bir köynək, bluz olsa seçiminiz idealdır.

Rəng problemi

Paltarlarınızda limon sarısı, su yaşılı, mərcan kimi rənglərdən istifadə edərək, olduğunuzdan daha çox gənc görünə bilərsiniz. Bu bir paltar, ətək və ya bluza ola bilər. Bu rəngli parçalardan paltarlar geyinərkən sadə və adi dizaynlı olanları seçim edin.

Cins şalvar geyinin

Cins geyimlər bədən quruluşunuzu vurğulaya və qüsurlarınızı gizlədə biləcəyiniz möcüzəvi geyimdir. Hər qarderobda cins geyim olmalıdır. Gəncliyinizi ortaya çıxarır və görünüşünüzdən bir neçə il azaldır.

Gənc görünmənizi təmin edən daha bir neçə ipucu:

– Səthi bərabər olan, təbii maddələrdən hazırlanan parçaları seçin. Qırışmış və ya çox dar parçalar, qırışları ortaya çıxarır, xüsusilə də üz bölgəsinə yaxın olan bluzlar, pencəklər və telləri olan şallar. Tüvit bənzəri parçalarla hazırlanan paltarlar də yaşlı görünmənizə səbəb olar.

– Bir-birinə oxşayan parçalardan uzaq durun. Tamamilə eyni naxışlı bluza, ətək və ya şalvar geyinmək olmaz. Bu tərzin uyğun gəldiyi yeganə yer ofisdir. Digər hallarda, seçdiyiniz parçaların rəng və naxışları eyni deyil, bənzər olmalarına diqqət edin.

– Qara, boz və bej rənglər görünüşünüzü diktə etməməlidir. Bu rənglərdən hər dəfə yalnız bir parça geyinmək kifayətdir.

Əvvəlki məqaləHamiləliyin dövrləri
Növbəti məqalədəAşiq olanda bədəndə nələr baş verirmiş?!