Həyatımız boyu özəl günlərin siyahısını sıralasaq, qadınlar üçün xüsusilə hazırlıqları ilə yadda qalan toy günü bu siyahıda bəlkə də ən önəmli yer tutar. Bəs sizcə bu günün özəlliyinə möhür vuran nədir? Əlbəttə ki, ağ gəlinlik libas.

Bəs nəyə görə məhz ağ rəng? İlk dəfə ağ gəlinlik paltarından 19-cu əsrdə, daha dəqiq desək 1840 –cı ildə İngiltərənin kraliçası Viktoriya öz toy günündə geyinmişdir və bundan sonra bu bəyaz gəlinlik dəbi bir ənənəyə çevrilmişdir. Daha sonralar fərqli millətlər  bəyaz gəlinliyi öz adət-ənənələrinə uyğunlaşdırmış və nəticədə bəyaz libasın fərqli tərzləri yaranmışdır.
Doğrudur, ağ gəlinlik obrazı Qərb adətini təmsil etsə də, aşağıdakı obrazda onun şərqliliyini vurğulayan yəqin ki, hicabla uyğunlaşdırılmasıdır.

Olduqca sadə və eyni zamanda zövqlü görünən bu dəst bir -birini tamamlayaraq çox incə bir obraz ərsəyə gətirmişdir. Zərif  tül və klassik naxışları olan güpür isə gəlinliyə ayrıca bir incəlik bəxş edir.

Dünyaya baxışlarınızdan, həyat tərzinizdən və zövqünüzdən asılı olmayaraq toy günündə ən baxımlı və özəl görünmək sizin də haqqınızdır. 

Həyatınız libasınız qədər bəyaz olsun, əziz xanımlar!

Hazırladı: Elnarə Əfəndiyeva

Gəlinim, göyçək gəlinim Gəlinim, göyçək gəlinim

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

 

Əvvəlki məqaləNiyə qadınlar evlilikdən 5 il sonra xəyanət haqda düşünür
Növbəti məqalədəRus qadınlar niyə bu qədər gözəldir