evdar qadınlar

Evdar xanımlar müntəzəm olaraq, evdə onların işlərini asanlaşdıracaq bir çox üsullar tapırlar. Marketlərdə satılan bahalı kimyəvi təmizləyicilərdənsə, ev şəraitində hazırlanan təmizlik məhsulları daha çox effektivdir. Yazını diqqətlə oxuyun.

1. Ev əşyalarında, qazda, sobalarda yaranan ərpləri aradan qaldırmaq üçün

Ərpi yox etmək üçün soda və ya sirkədən istifadə edə bilərsiz. Xüsusilə alma sirkəsi daha çoxdur. Paltaryuyan və qabyuyan maşınların sistemində yaranan ərpi təmizləmək üçün yuyucu toz bölməsinə 2 çay stəkanı alma sirkəsi töküb minimum zamanda işlədin.

Evdar xanımlar OXUSUN! - Mükəmməl təmizliyin gizli sirləri - FOTOLAR

2. Quru ləkələri təmizləmək üçün

Qurumuş və bərkimiş ərpi təmizləmək üçün soda ilə limon duzunu və ya sirkəni qarışdırmaq kifayətdir. Qarışımı süngər üzərinə töküb qurumuş ləkələri sürtün. Bu qarışıqdan həm də qabyuyan maşında istifadə edə bilərsiniz.

Evdar xanımlar OXUSUN! - Mükəmməl təmizliyin gizli sirləri - FOTOLAR

3. Kiflənmiş əşyaları təmizləmək üçün

 

Alma sirkəsi kifdən xilas olmağınıza kömək edə bilər. Maye halında qarışımı kifli yerlərə tökün. Bir az gözləyin və həmin yeri sərt süngərlə silin. Nəticəni gözlərinizlə görəcəksiz.

Evdar xanımlar OXUSUN! - Mükəmməl təmizliyin gizli sirləri - FOTOLAR

4. Hamam otağında saralmış divarlar

Hamam otağını təmizləməkdən yorulmusuz? Daim su içərisində olan yerdə bu qədər ərp hardandır? Elə isə bir qaba 1 stəkan alma sirkəsi, 1 stəkan qaynar su və çox az təmizləyici maye tökün. Qarışımı köpüklənənə qədər qarışdırın. Duş başlığını həmin maye ilə dolu qaba qoyub 10 dəqiqə gözləyin. Hamamdakı, tualetdəki başqa metal əşyalarınızı da saf alma sirkəsi və süngərlə təmizləyə bilərsiniz.

Evdar xanımlar OXUSUN! - Mükəmməl təmizliyin gizli sirləri - FOTOLAR

5. Sellülitdən xilas olmaq

3 çay qaşığı alma sirkəsi ilə 1 çay qaşığı E vitamini yağını qarışdırın və qarışığı dərinizə gündə iki dəfə masaj edin. Bu, sellülitdən xilas olmağınıza köməkçi olacaq.

Evdar xanımlar OXUSUN! - Mükəmməl təmizliyin gizli sirləri - FOTOLAR

 

Əvvəlki məqaləSən demə, bu hisslər ginekoloji xəstəliklərə SƏBƏB OLUR
Növbəti məqalədəUlduz falı – 1 avqust