gözəllikArtıq uzun illərdir ki, qadınlar gözlərinin gözəlliyini vurğulamaq üçün laynerdən istifadə edir. Ancaq bu məhsulların tərkibində kimyəvi maddələrin olduğu hər kəsə məlumdur. Təbiiliyi sevirsinizsə və təbii məhsullardan istifadə edirsinizsə, ev şəraitində göz layneri hazırlaya bilərsiniz.
Milli.Az Lent.az-a istinadən evdə sürmə hazırlamağın yolunu təqdim edir:
Kakao tozu
Qara rəngli göz laynerindən bezmisinizsə, kakao tozundan hazırlanmış qəhvəyi çalarlı sürməni sınayın.
Bunun üçün kiçik ölçülü qaba bir qaşıq kakao tozu əlavə edin və üzərinə bir neçə damcı su tökün. Adi su yerinə gül suyundan da istifadə edə bilərsiniz. Daha sonra bunları qarışdırın. Məhlulun tərkibini çalışıb qatı etmək lazımdır. Təbii və gözəl görünüş əldə etmək üçün həm yuxarı, həm də aşağı kirpik xəttinə tətbiq edin.
Çuğundur suyu
Makiyajınızda fərqli rəngləri sınamaqdan çəkinmirsinizsə, bu göz layneri formulu sizin üçündür.
Çuğundurun yarısını götürüb incə-incə doğrayın. Çuğundurun suyunu süzdükdən sonra bir qaba tökün. Qaba bir qaşıq çuğundur suyu əlavə edin, sonra iki çay qaşığı təbii aloe vera geli tökün. Daha sonra onları yaxşıca qarışdırın. Sonda kosmetik fırça ilə kirpik xətlərinizə tətbiq edə bilərsiniz. Nəticədən çox razı qalacaqsınız.

Əvvəlki məqaləQarının böyüməsinin kökəlməklə əlaqəsi yoxdur
Növbəti məqalədəTəravətli, təmiz dəri üçün bunları edin