gözəllikHər qadının ən böyük arzusu gözəl və sağlam üz dərisinə sahib olmaqdır. Gözəlləşmək üçün sadəcə soyuducuya baxmağınız bəs edər.

Yarım yumşaq avokadoya 1-2 qaşıq qatıq qatıb üzünüzə çəkin. 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu maska sizi həm də səpkilərdən xilas edəcək.

2 xörək qaşığı süzmə qatığa 1 xörək qaşığı zeytun yağı töküb qarışdırın. Üzünüzə sürtüb, bir az saxladıqdan sonra yuyun. Bu maksa dəridəki ölü hüceyrələri təmizləyəcək, üzünüzü daha d canlandıracaq.

Kofe xıltıqlarına zeytunyağı, qatıq və limon şirəsi əlavə edib üzünüzə çəkin. Dərinizi daha da cavanlaşdıracaq.

8-10 ədəd çiyələyi əzin. İçərisinə qatıq, limon şirəsi töküb üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun. Dərinizə parlaqlıq verəcək.

Əvvəlki məqaləAspirin indiki dövrdə çox risklidir
Növbəti məqalədəUniversiteti atıb fırıldaqçılıqla milyardlar qazanan BİZNES-LEDİ İXTİRASI İLƏ DÜNYAYA SƏS SALDI – FOTO