-XX əsrin əvvəllərində həkimlər hamilə qadınlara kökəlməmək üçün siqaret çəkməyi məsləhət görürdülər.
-1571-ci ildə ispan həkim Nikolas Mondares Yeni Dünyanın müalicəvi bitkiləri haqda kitab yazmışdı. Kitabda yazırdı ki,tütün 36 xəstəliyi müalicə edə bilir.
-1588-ci Virciniya sakini Tomas Harriet orqanizmin ümumi sağlamlığı üçün gündəlik tütün çəkməyi məsləhət görürdü. Təəssüf ki o özü tezliklə xərçəng xəstəliyindən vəfat etmişdi.
-Yeni Zelandiyada ictimai yerdə siqaret çəkməyə qadağa haqda qanun qüvvəyə minməmişdən 1 neçə saniyə əvvəl çəkilən siqaretin qalığı internet-hərracda 5 min 300 dollara satılıb.
-Tütün kolu əslən Amerika qitəsindəndir. O kartof və bibərlə eyni sinfə daxildir.
-Görkəmli klassic Mark Twain bir dəfə deyib:”Siqaret çəkməyi atmaq çox asandır,mən özüm min dəfə atmışam.”
-Dünyada tütün asılılığından müalicənin 120 növü var(onlardan 40-ı aktiv olaraq tətbiq olunur).
İnternetdə ən məşhur müalicə üsulları:
1.)Siqaret almayın,əgər hazırda cibinizdə varsa tullayın. İlk günlər siqarət çəkən insanlarla təmasda olmamağa çalışın,əgər yenə də belə hal baş veribsə sizə təklif olunan siqaretdən imtina edin.
2.)Gün ərzində çoxlu süd için və ya nanəli saqqız çeynəyin
Əgər indi siqareti atsanız nə olar?
-20 dəqiqə sonra qan təzyiqiniz normaya düşər.
-48 saat sonra bədənizdə olan nikotin itər. Sizin iybilmə və dadbilmə funksiyalarınız normaya düşər.
-72 saat sonra fiziki keyfiyyət səviyyəniz yüksələr.
-2 həftə sonra qan dövranınız tezləşər və yaxşılaşmağa davam edər.
-3-5 ay sonra sizin öskürəyiniz və nəfəs problemləriniz yox olar.Çünki ağciyərlərinizin tutumu 10 % artacaq.
-İngiltərədə hər gün 2000 insan uğurlu şəkildə siqaret çəkməyi atır. Bu ona gətirib ki, son 10 il ərzində siqaret çəkənlərin sayə 10 mln nəfər azalıb.
-İnsanların “yüngül” siqaretlərə keçməyini stimulə etmək tütün şirkətlərinə sərfəlidir: onlar daha bahalıdırlar və siqaret aludəçiləri daha çox istehlak edirlər. Həmçinin yüngül siqaretlərə görə bir çox adam siqareti atmır.
Məhz bu səbəbdən əksər Avropa ölkəsində siqaret adında “yüngül” sözündən istifadə etmək qadağan olunub.
-40 ildən çoxdur ki siqaret qutularının üzərində sağlamlığa ziyanlı olduğu haqda xəbərdarlıq peyda olub.
-Amerika və Avropa ölkələrində əgər insan siqaret çəkirsə,onun pis rayondan gəldiyi hesab olunur.
Siqaret çəkmək artıq uzun müddətdir ki Qərbdə “gözəl həyatla”assosiasiya doğurmur və dəbdən çıxıb.
-Statistikaya görə dünyada 1 milyard 100 milyondan çox siqaret aludəçisi yaşayır.
Siqaretsiz ilk günlərdə özünü necə aparmaq haqda mütəxəssislər aşağıdakıları məsləhət görürlər:
-Daha çox maye için:su,şirə,limonlu açıq çay.
-Tünd çay və ya kofe içməyin.Acı və ədvalı yeməkləri də rasionunuzdan çıxarın.
-Çoxlu təzə tərəvəz və süd məhsulları yeyin.
-Fiziki gərginliyinizi artırın.İdman siqaretdən yayındırmaqla yanaşı həm də nəfəsi təmizləyir.
-Mümkün olduğu qədər tez-tez duş qəbul edin.
-Amerikada yol qəzalarının 10%-i sürücünün siqaret çəkməklə məşğul olması ucbatından baş verir.
-Yeni Zelandiyalı alimlər siqaretlə mübarizədə ideal vasitə tapıblar.Heç bir möcüzə-həb,magik içki və başqa müalicəvi peyvənd lazım deyil.Gün ərzində tez-tez Sms yazmaq kifayət edir.Kitab oxumaq və sms yazmaq əllər üçün elə “saqqızdır” ki siqaret aludəçisini siqaretdən yayındırır.
-Dünyada ən çox siqaret çəkən xalq-Monqollardır. Çox siqaret çəkən ölkələrin ilk beşliyinə həmçinin Çin,Keniya,Kombodca və Namibiya da daxildir.
-Mütəxəssislər siqareti tədricən atmağı məsləhət görmürlər.Bunu bir dəfə və həmişəlik etmək lazımdır.Ona görə də həlledici gün seçmək və qabaqcadan mənəvi olaraq özünü buna hazırlamaq lazımdır.
Digər məsləhətlər:
-Ən əsası odur ki siqareti atmaq arzusu sizin özünüz olmalı və heç kimlə əlaqəli olmamalıdır.
-Siqaret,alışqan,külqabı və siqareti xatırlada biləcək digər hər şeyi gözünüzdən uzaq etməlisiniz.
-Ailə üzvləriniz və dostlarınıza qərarınız haqda bildirin.
-Unutmayın əvvəl çox çətin olacaq,sonra asanlaşacaq.
-Siqaret istəyindən yayınmaq üçün bacardığınız hər şeyi edin.
Məsələn,idmanla məşğul olun,fantastik maraqlı kitab oxumağa başlayın,tum çırtlayın ya konfet yeyin.
-Heç vaxt ən təhlükəli fikrə yol verməyin-“bir dənə olar…bir dənəsi ziyan etməz,sonra dəqiq daha çəkməyəcəm… ”
Məhz o ziyanlı olar və bütün əməkləriniz boşa gedər.
-Dünyada siqaret çəkənlərin 25%-i Çində yaşayır(hələ ki).Çin ən çox siqaret istehsal olunan ölkədir.
-Avstraliyalı alimlərin tədqiqatlarına əsasən C vitamini siqaret çəkənlər üçün ziyanlıdır.
Sən demə ziyansız vitamin C siqaretlə birləşəndə çox pis nəticələrə səbəb ola bilər.
-Həkimlərin 54%-i təəssüf ki siqaretsiz keçinmir.Əsasən cərrah,anestizioloq və psixiatrlar gərgin işlərilə əlaqədar olaraq çox siqaret çəkirlər.
-9 il əvvəl danimarkalı Jasper Peterson 3 saat 15 dəqiqə siqaret çəkərək dünya rekordu əldə edib.
-Los-Angeles-də Santa Monica bulvarında siqaretdən ziyan çəkənlərin sayını hesablayan tablo quraşdırılıb.