dəb

Nyu-York Moda Həftəsi sentyabr ayına planlaşdırılır, ancaq Maykl Kors artıq moda marafonunda iştirak etməkdən imtina edib.

2021-ci ilin yaz kolleksiyasını oktyabr-noyabr aylarının ortalarında nümayiş etdirməyi planlaşdırır.

“Uzun müddətdir düşünürəm ki, moda təqvimində dəyişikliklər lazımdır. Moda ictimaiyyətinin bu mövzuda açıq dialoqunu görməkdən məmnunam: Corcio Armanidən, Diros Van Notemə qədər bir çox tanınmış dizayner həmfikirdir. Prosesi yavaşlatmaq və dizaynerlərin işini daha rahat etmək yollarını müzakirə edirik. Baş verənləri təhlil etmək üçün hamımızın vaxtımız oldu və düşünürəm ki, çoxları yeni bir dövrün başlaması ilə razılaşacaq.

Koronavirus pandemiyası həyatın bütün sahələrini format etdi. Moda dükanları bağlı olduğu müddətdə dünyada baş verənlərə görə insanlar əzab çəkirdi, sözsüz ki, dizayner geyimlərini onlayn qaydada sifariş etməyə tələsmirdilər” , – Maykl Kors bildirir.

Kors əmindir ki, markaların özləri kimi müştərilərin də zamana ehtiyacı var. Yay şousunu hətta bir ay gecikdirmək malların butiklərə göndərilməsi və çatdırılması arasındakı vaxtı xeyli azaldır.

“90-cı illərin sonlarına qədər Parisdəki şoulardan sonra Nyu-Yorkdakı yaz kolleksiyaları oktyabrın sonundan noyabrın əvvəlinə qədər nümayiş olunurdu. “Bu onilliklər boyu belə bir dəb təqvimi olub, hər şey problemsiz işləyirdi ” , – dizayner xatırladıb.

Qeyd edək ki, “Michael Kors Collection” ildə iki kolleksiya buraxacaq: yaz-yay və payız-qış. Heç bir kruiz şousu və mövsümlər arası kolleksiyalar olmayacaq: odur ki, dizaynerin qənaətincə, satışa yanaşma daha asanlaşdırılmış olacaq.

Əvvəlki məqaləƏrinizin başqa qadınlara maraq göstərməsini istəmirsinizsə, BUNLARI EDİN: gecə YATMAZDAN ƏVVƏL…
Növbəti məqalədəQadın niyə incəliyini itirir