qadın

Psixoloji araşdırmalar göstərir ki, qadınlar emosional baxımdan kişilərdən 9 dəfə güclüdür. Və bu, bir daha “qadın zəifliyi” ilə bağlı bütün stereotiplərin axmaq qərəzdən başqa bir şey olmadığını göstərməyə imkan verir.

La Pola

12 неординарных женщин, которые во многом опередили свое время

Kolumbiyalıların dediyi kimi Polikarp Salavareta ya da La Pola qısa, lakin parlaq həyat yaşayıb. O, ölkəsinin müstəqilliyi uğrunda mübarizədə böyük hünərlə iştirak edib. Polikarp partizan hissələrini kəşfiyyat ilə təchiz edir və könüllülər cəlb edirdi. Mübarizəsi ona ölüm bahasına başa gəlir, edam cəzasına məhkum edilir. Lakin 1967-ci ildə La Polanın şərəfinə bayram təsis edilir – Kolumbiya Qadınlar Günü.

Elizabet Blekuell

12 неординарных женщин, которые во многом опередили свое время

Elizabet Blekuell ABŞ tarixində tibb təhsili almış ilk qadın olub. O dövrdə hökm sürən patriarxal görüşlərə baxmayaraq, 1857-ci ildə Nyu-Yorkun kasıb qadınları və uşaqları üçün xəstəxana açır.

Gertruda Bell

12 неординарных женщин, которые во многом опередили свое время

Arxeoloq Gertruda Bell öz dövrünün ən nüfuzlu qadını olub. Ərəb və şərq adət-ənənələrini mükəmməl şəkildə bilən Bell Osmanlı İmperiyasının süqutundan sonra İraqın müasir sərhədlərinin müəyyənləşdirilməsində böyük rol oynayıb. Ərəb şeyxləri Gertrudanı kişiyə tay tuturdu. Britaniya komandiri isə ona gizli kəşfiyyat mayoru rütbəsi vermişdi.

Nelli Blay

12 неординарных женщин, которые во многом опередили свое время

“Ledi sensasiya” ləqəbli Nelli Blay dünyanın ilk qadın jurnalistlərindən biridir. Onun bir neçə məqaləsi dərc edildikdən sonra qəzetin redaksiyasına təhdid məktubları göndərilmişdi. Onun ən sensasion yazılarından biri ruhi xəstəxananın ifşa olunması idi, bunun üçün qız özünü xəstə kimi göstərmiş və 10 gün orada dəhşətli şəraitdə yaşamağa məcbur olmuşdu.

Gertruda Kezebir

12 неординарных женщин, которые во многом опередили свое время

Gertruda Kezebir öz timsalında göstərir ki, həyatınızı dəyişdirmək üçün heç vaxt gec deyil. O, 37 yaşında ərindən ayrılır, kollecə gedir və peşəkar fotoqrafiya ilə məşğul olmağa başlayır. Gertrudanın foto portretləri qısa müddətdə məşhurluq qazanır və bu gün onlar fotoqrafiyanın şah əsəri hesab olunur.

Enni Okuli

12 неординарных женщин, которые во многом опередили свое время

Qeyri-adi mahir atıcı kimi məşhurdur. Atasının ölümündən sonra 8 yaşlı Enni atış oyununu sataraq ailəsini dolandırmağa başlayır. Enniyə ən böyük populyarlığı “Vəhşi Qərb” şousundakı çıxışı gətirir, burada o, hədəfini güzgüdən nişan alaraq onu arxadan vururdu. Okuli danışmaqla yanaşı xeyriyyə işlərində iştirak edir və qadınların hüquqlarını müdafiə edirdi.

 

Madam Si Cey Uoker

12 неординарных женщин, которые во многом опередили свое время

Sahibkar və xeyriyyəçi madam ABŞ-da bir milyon dollar sərvət qazanan ilk qadın olub. O, gəlirinin böyük hissəsini Afrika-Amerikan qadınları üçün kosmetika və saç baxım məhsullarının satışından əldə etmişdi. Uoker başqa qadınların da öz işlərini qurmasına kömək etmək üçün təlimlər keçirdi.

Mod Vaqner

12 неординарных женщин, которые во многом опередили свое время

Hətta bu dövrdə belə bədəni döymələrlə olan qadınlara münasibət birmənalı deyil, odur ki, Mod Vaqnerin hobbisinin ona necə baha başa gəldiyini təsəvvür edin. Mod XX əsrdə yalnız öz bədənini yazı və rəsm əsərləri ilə bəzəyən deyil, eyni zamanda döymə sənətini öyrənən ilk qadınlardan biri olub.

Annet Kellerman

12 неординарных женщин, которые во многом опередили свое время

Peşəkar üzgüçü olan Annett Kellermanın çimərlik kostyumu XX əsrin əvvəllərində tamamilə qəbuledilməz hesab edilirdi. Aşkar ədəbsizliyinə görə həbs olunmasına baxmayaraq, tezliklə onun səyləri sayəsində həcmli və qapalı çimərlik geyimi unudulur.

Şarla Takral

12 неординарных женщин, которые во многом опередили свое время

Təəssüf ki, Hindistanda qadınlar bu gün çətin ömür yolu keçir. Odur ki, 1936-cı ildə 21 yaşlı Şarla Takralın pilot lisenziyasını alan ilk qadın olması ikiqat təəccüblüdür. Ailə səbəblərinə görə, o, mülki aviasiya pilotu olmaq xəyalından imtina etməli olsa da, gələcəkdə paltar və zərgərlik dizayneri kimi uğurlu bir iş qurmağa nail olur.

Nensi Ueyk

12 неординарных женщин, которые во многом опередили свое время

İngiltərəli qadın II Dünya Müharibəsi dövründə Fransız müqavimətinin ən yaxşı xarici agentlərindən biri sayılırdı. Nensi əsgər olduğunu sübut edir və gestaponun təqiblərindən xilas olmaq bacarığına görə ona “Ağ Siçan” ləqəbi verilir. Müharibədən sonra Nensi Avstraliyaya köçüb siyasi karyera qurmağa çalışır. 2001-ci ildə vətəninə qayıdan cəsarətli qadın 98 yaşında vəfat edib.

Rozalind Franklin

12 неординарных женщин, которые во многом опередили свое время

Biofizik Rozalind Franklin DNT quruluşlarını dəqiq radioqrafiya etməklə elmə əhəmiyyətli töhfə vermişdi. Ancaq təəssüf ki, onun xidmətləri qiymətləndirilmədi və DNT quruluşlarının kəşfinə görə Nobel mükafatı Fransis Krik, Ceyms Uotson və Moris Uilkinsə təqdim olunmuşdu. Onların işi Franklinin əldə etdiyi məlumatlara əsaslansa da, çıxışlarda adı belə çəkilməmişdi.

Əvvəlki məqaləPandemiya zamanı virusa qarşı ən güclü immunitet
Növbəti məqalədəNormal bel çevrəsi nə qədər olmalıdır? Vacib sağlamlıq göstəricisi