gözəllik

Darçının xoş ətri şirniyyatlarınıza xüsusi dad qatır. Hələ onun faydalarını bilsəniz, 10 qat aşiq olacaqsınız.
Əsasən qərbi Hindistan və Şri-Lankada becərilən darçının qurudulmuş yarpaqlarının daxili qatı saçlar üçün çox faydalıdır. Həmçinin toz şəklində darçın üz dərisinin qan dövranını yaxşılaşdırır. Hüceyrələri qidalandırır, vitaminlə təmin edir. Prosedurdan sonra dəriniz bir az qızara bilər. Amma narahat olmayın, bu ölü hüceyrələrin dirilməsi deməkdir. Darçın üzünüzə elastikliyi də geri qaytaracaq.
Darçın antibakterial tərkiblidir. Odur ki, problemi dərilər üçün əvəzsizdir.
Bu zərif ətirli ədviyyat dodaqlara həcm vermək üçün də gözəl vasitədir. Bir az darçın tozunu diş fırçasının üstünə töküb dodaqlarınıza sürtün. Dodaqlarınızın rəngi təravətlənəcək, həcmi böyüyəcək.
Leyla Sarabi
Əvvəlki məqaləBu qadın özünü niyə kifir sayır?
Növbəti məqalədəGöz makiyajı edərkən gözləri necə qoruya bilərik?