qadınDuş gelleri və şampunların əks təsirlərdən birincisi, istifadə edən şəxsin allergiyası varsa, onun məhsullarının qoxusunun gözəl olmasını təmin edən maddələrdən qaynaqlanan allergiyanın daha da kəskinləşməsinə və ya onun vəziyyətinin xəstəxanaya qaldırılacaq qədər pisləşməsinə səbəb ola bilər.

Bu gellər bədəndə bakteriya tarazlığının pozur. Duş gellerinin istifadəsi, bədənin öz təbii tarazlığında olan, bizləri bəzi xəstəliklərdən qoruyan faydalı bakteriyaların da yox olmasına gətirib çıxararır. Əsasən də intim yerlərin tez-tez belə gellərlə yuyulması hər hansı cinsi xəstəliklərin asanlıqla yoluxmasına və irəliləməsinə şərait yaradır. Orqanizmin bakteriyalara qarşı müqavimətini zəiflədir.
Qadin.az-ın məlumatına görə, Los- Anceles Universitetinin alimləri bildirir ki, tez-tez duş gellərindən istifadə, yuyunma zamanı belə xəstəliyə tutulma siskini artırır.

Duş gellerinin başqa bir zərərli xüsusiyyəti , dəridəki pH tarazlığını pozması və buna da bağlı olaraq dərini xəstəliklərə açıq hala gətirdiyi təyin olunmuşdur. Göbələk, egzama və digər allergik reaksiyaların meydana gəlmə riskini artıran duş gellerinin pH dərəcəsinin lazım olanda daha çox olmasıdır.

Əvvəlki məqaləQurudulmuş əncir maskası
Növbəti məqalədəQız uşaqlarının ginekoloji sağlamlığı- Xanımlara özəl