Cinsi münasibətinizi daha yaxşı istiqamətdə gücləndirmək istəyirsinizsə mütləq qidalanmanıza fikir verməlisiniz. Çünki bəzi qidalar var ki, sizə lazım olan enerjini, gücü və istəyi verərək afrodiziyak təsiri yarada bilir. Amma belə qidaları təbii şəkildə qəbul etmədikdə sağlamlığınıza da zərərləri olar. Məhz bu səbəbdən də təbii qidalara üstünlük verin. Bəs sizin cinsi istəyinizi artıracaq həmin qidalar hansılardır? Biz sizə həmin faydalı və təbii qidalar haqqında kiçik araşdırmamızı təqdim edirik.

Daha yaxşı cinsi münasibət üçün faydalı qidalar

Şokolad

Romantika və ehtirasın rəmzi halına gəlmiş şokolad qadınlarda 4 qat daha çox endorfin istehsal etməyə kömək edir. Cinsi münasibətinizin daha uzun və ehtiraslı olmasını istəyirsinizsə əvvəlcədən bir neçə dilim şokolad yeyə bilərsiniz.

Portağal

Portağal turşu tərkibli meyvə olması ilə yanaşı, həm də, ehtiras və istək yaradıcı təsirə malikdir. Verdiyi yüksək enerji sayəsində cinsi həyatınız daha rəngli və hərəkətli olacaq.

Yumurta

B5 və B6 vitaminlərini qəbul edəcəyiniz ən təbii qaynaq məhz yumurtadır desək, yanılmarıq. O sizin stresslə mübarizə aparmağınıza kömək edir. Cinsi münasibət zamanı diqqətinizin dağılıb digər məsələlər haqqında düşünməməniz üçün bol-bol yumurta yeməyiniz məsləhətlidir.

Qarpız

Təbii viaqra təsiri bağışlayan qarpız, daha çox kişilərin qəbul etdikləri zaman cinsi həyatınızı gözəlləşdirəcək və münasibətinizi uzunmüddətli edəcək. Qarpızın tərkibindəki amin turşuları qanın ponpalanmasını sürətləndirir. Buna görə də, mövsümü gəldiyi zaman bacardığınız qədər qarpız yeməyə üstünlük verin. Ereksiya problemi olanlar üçün də təbii müalicə olaraq qəbul edilə bilər.

Qulançar

Hazırda mövsümü olan qulançar kişi və qadınlarda şəhvət hissini artıran xüsusiyyətə malikdir. A və C vitaminləri ilə zəngindir, eyni zamanda da,  tərkibində bol miqdarda lif və kalium var. Bədənin orqazma çatmasını təmin edən histamin hormonunun da daha çox olmasına şərait yaradır.

Sarımsaq

Cinsi iştahanı artıran sarımsaq, seksin daha keyfiyyətli hala gəlməsinə şərait yaradır. Təbii antibiotik vəzifəsi görən sarımsaq, cinsiyyət orqanlarınızda meydana gələ biləcək iltihablanmaların da qarşısını alacaq.

Zəfəran

Tez bir zamanda nəticə əldə etmək istəyirsinizsə bütün yeməklərinizə mütləq zəfəran əlavə edin. Cinsi istəyi artıran qidalar arasında ilk sıralarda olan zəfəran, Hindistan və İspaniya mətbəxinin demək olar ki, bütün yeməklərinin tərkibində var.

 

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləBal+Aspirin. Üzünüzə sürtün , 3 saat sonra güzgüyə baxın. Möcüzə…
Növbəti məqalədəKörpənin cinsiyyəti kimdən asılıdır? – Oğlan istəyənlər üçün QIZIL MƏSLƏHƏTLƏR…