QURULUQ

Dəri quruluğu və dəri qulluğu,dartılma hissi, balaca balaca soyulmalar, kəpəklənmə, çatlar və qaşıntı şəklində əlamətlərini göstərir.
Müxtəlif nəmləndirici və kosmetik məhsullardan istifadə etməyinizə baxmayaraq, dərinin quru olmasından xilas ola bilmirsinizsə mütəxəssislərin məsləhətinə qulaq asın yəni təsadüfi kremlər seçmək əvəzinə bir mütəxəssisin fikri ilə dəri növünüzə və şikayətlərinizə uyğun nəmləndiricilərdən istifadə etməyinizdə yarar var.
Ən əhəmiyyətlisi də dəri quruluğuna səbəb olan amillərdən qorunun. Məsələn; Qısa müddətli vannalar qəbul edin, hamamdan
çıxdıqdan sonra mütləq nəmləndirici krem sürtün, günəşdən, soyuqdan və kimyəvi maddələrdən uzaq durun.

Dəri quruluğu və dəriyə qulluq

KİMLƏRDƏ DƏRİ QURULUĞU OLUR?

İnsanlar yaşlandıqca daha çox ortaya çıxan bir hal olan quru dəri Kserozis olaraq adlanır. Yaşlanmaqla bərabər daha quru və daha az yağlı bir dəri əmələ gəlir. Dərinin üst təbəqəsinin təxminən 10 faizə qədər hissəsini su təşkil edir. Bu təbəqə suyun azalması ilə dəridə çatlama, qaşıntı və quraqlığa səbəb olur. Dəri quruluğu olan adamların çoxunda altda yatan bir xəstəlik yoxdur. Quru dəriyə sahib olan şəxslərin böyük əksəriyyətini isə tez-tez duş qəbul edən insanlar təşkil edir. Son illərdə insanlarda duş qəbul etmə artdıqca Kserozisin də artdığı görülür.

DƏRİ QURULUĞUNUN SƏBƏBLƏRİ NƏLƏRDİR?

Quru dəriyə səbəb olan ekoloji faktorlar; İsti su, yuyucu vasitələr, geyimlərə görə yaranan sürtünmə, tez-tez hava səyahəti, küləyə məruz qalmaq, ətraf mühitin çirklənməsi, kondisioner və digər kimyəvi maddələr kimi sadalana bilər. Atopik ekzema, irsi bəzi xəstəliklər, ihtiyosis, sədəf kimi dəri xəstəlikləri, metabolik amillər, tiroit vəzinin kifayət qədər işləməməsi, həddindən artıq kilo itkisi və yaşın artması da quru dəriyə səbəb olan digər amillərdir.

DƏRİ QURULUĞU NECƏ BİLİNİR,ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

Dəri quruluğunun ilk əlaməti, dəridə solğun boz ağ rəngdir. Quruluq artdıqca rəng dəyişikliyinə əlavə olaraq dəridə dartılma hissi, hissə hissə soyulma, kəpəklənmə, dəri səthində pürüzlənmə, çatlar, yarıqlanmalar yaranır. Qaşıntı, quru dərinin yaranmasına səbəb olduğu digər bir şikayətdir. Quruluq müalicə edilməzsə nəticə etibarı ilə ekzema yarana bilər.

Dəri quruluğu və dəriyə qulluq

DƏRİ NÖVÜNÜ ANLAMAQ MÜKÜNDÜRMÜ?

Dəridə kəpəklənmə, dartılma hissi və qaşıntı kimi şikayətlər varsa, bu dəri quru dəri növü kimi qiymətləndirilə bilər. Akneyə meyillidirsə, gün ərzində və səhər oyananda cilddə parıltı olursa, dəliklərdə genişlənmə və qara nöqtələr varsa, yağlı dəri kimi qiymətləndirilə bilər. Bəzi insanlarda isə üz bölgəsində xüsusilə yer yer quruma, kəpəklənmə ancaq bəlli bölgələrdə isə piylənmə, parlama kimi şikayətlər olur.
Bu tip dərilər isə qarışıq dəri kimi qiymətləndirilə bilər.

DƏRİSİ QURUYAN ADAM İLK NÖVBƏDƏ NƏ ETMƏLİDİR?

Dəri quruluğu olan şəxslər mütləq bir dermatologiya mütəxəssisinə müraciət etməlidir. Şəxsin şikayətləri, əlamətlərin müddəti və şiddəti, müalicənin formasını müəyyən edir. Bəzi faktlarda yalnız nəmləndiricilər kifayət edici olarkən, əlamətlərin şiddətli olduğu faktlarda antigistamin preparatlar, topikal kortikosteroid kremlər vermək lazımdır. Çoxlu sayda və markada nəmləndirici kremi olduğundan təsadüfi bir nəmləndirici istifadə üçün düzgün deyil. Xəstənin dəri növünə və şikayətlərinə uyğun nəmləndiricilər yazılmalıdır.

DƏRİSİ QURU OLANLAR HANSI KOSMETİK MƏHSULLARDAN İSTİFADƏ ETMƏLİDİR?

Quru dəri problemi olan xəstələr yağ içində su emulsiyası dediyimiz dərini daha çox nəmləndirən məhsullardan istifadə edə bilərlər. Dəridə iritasiya problemi olmayan şəxslər isə çox vaxt kosmetik nəmləndiricilərdən fayda görürlər. Duş qəbulu sonunda istifadə edilən bədən yağları dərinin nəm itkisinin qarşısını alır. Bu tip kosmetik məhsulların də olduqca faydası vardır.

HAVA, MÖVSÜM, GÜNƏŞ, SAUNA, HAMAM, KİSƏ VƏ VÜCUD PEELİNGİ DƏRİYƏ NECƏ TƏSİR EDİR?

Quru dəri, stratum korneum təbəqəsinin rütubət tərkibinin azalmasıdır. İstiyə və soyuğa məruz qalan cilddə transepidermal su itkisi artır və bu artım dərinin qurumasına səbəb olur. Həmçinin qış mövsümü də dəri quruluğuna səbəb olur. Mövsümi olaraq quru deyildikdə, “qış qaşınması” kimi də tanınan soyuğa bağlı kserosis ağla gəlir. Qış aylarında aşağı rütubətə bağlı olaraq inkişaf edən bu vəziyyətdən qorunmaq üçün mütləq qoruyucu geyimlər geymək, nəmləndiricilərdən istifadə edilməlidir. Günəş,istilik, həm də şüa təsiri ilə dərinin nəm itirməsinə səbəb olur.

Kosmetik baxımdan kobud və quru dəri görüntüsünə məhkum olmamaq üçün yay və qış ayları boyunca günəş qoruyucu məhsullardan istifadə etmək lazımdır. Günəş qoruyucular dərinin ziyan almasına və dərinin qurumasına mane olur. Su ilə tez-tez təmasda olmaq dərinin nəm itkisinə səbəb olduğundan, insanların çox tez-tez kisə və peeling tətbiq etmələri də təhlükəlidir. Kisə və peeling zamanı dəridə yaranan sürtünməyə bağlı iritasiya, quruluğun şiddətini daha da artırır.

QURULUĞUN QARŞISINI ALMAQ ÜÇÜN NƏLƏR EDİLMƏLİDİR?

SOYUQDA ƏLCƏK GEYİNİN: Xüsusilə payız və qış aylarında aşağı rütubət miqdarına bağlı olaraq daha tez-tez dəri quruluğu inkişaf edir. Soyuq havalarda açıq qalan bölgələri, xüsusən əllərimizi əlcəklə qorumaq lazımdır.

Dəri quruluğu və dəriyə qulluq
QISA DUŞ QƏBUL EDİN: Tez tez duş qəbul etmək vücud gigiyenası üçün lazımlı olsa da; Çox vaxt alan, duş köpükləri ilə edilən və çox isti suyla qəbul edilən duşlar dəri quruluğunu artırır. Bu səbəblə vanna və duş müddəti qısa tutulmalı, duşdan çıxdıqdan sonra mütləq dəri tipinə uyğun nəmləndiricilərdən istifadə etmək lazımdır.
YAĞLI SABUNDAN İSTİFADƏ EDİN: Sabunlar dərini qurutduğuna görə pH-ı 5.5 sabunsuz təmizləyicilər və ya yağ və qliserin səviyyəsi yüksək olan sabunlar istifadə edilməlidir.

KİMYƏVİ MADDƏLƏRDƏN QORUNUN: Tez tez yuyucu tozlar, aseton və kimyəvi maddələrlə təmasdan çəkinmək lazımdır.
ÇOX DAR GRYİNMƏYİN: Çox dar geyimlər sürtünməyə bağlı dəridə quruluq və iritasiyaya görə paltar şeçiminə diqqət edilməlidir.
OFİSİ NƏMLƏNDİRİN: Xüsusilə ofis şəraitində işləyənlər, məişət kondisionerlərinin səbəb olduğu az rütubətə bağlı dəri qurusundan şikayət edirlər. Otağın rütubət nisbətinin aşağı olmamasına diqqət edilməlidir.

DƏRİNİN QURUMAMASI ÜÇÜN QİDALANMADA NƏLƏRƏ DİQQƏT EDİLMƏLİDİR?

Yay aylarında tərləməyə bağlı insanlarda yaranan susuzluq hissi, su içilməsi üçün insana xəbərdarlıq edir; Amma qış aylarında adətən su istehlakı azalır. Dəri quruluğunun qarşısını almaq üçün diqqət edilməsi lazım olan ən əhəmiyyətli nöqtə bol su içməkdir. Təkcə su deyil, bitki çayları ya da meyvə şirələrindən da lazımi maye tələbatı qarşılana bilər. Bundan başqa, sudan başqa digər yediyimiz qidalar də dəri quruluğuna təsir edir. Sürətlə formalaşan çəki itkisi, normal qidalanmama dəridə quruya səbəb olur.Xüsusilə bol meyvə və tərəvəz istehlakı dəri sağlamlığımız üçün lazımlıdır. Doymamış yağ turşuları (maye yağ) zəngin qidalanma da dəri quruluğunun qarşısını almaqda fayda verir. Ziyafətlərdə kifayət miqdarda maye yağ istehlak etməkdə fayda var.

 

Mənbə: doctorfuad.com

 

Əvvəlki məqaləSənin dəri növün hansıdır ?
Növbəti məqalədəBu uşaqlar bağçaya göndərilməsin – Pediatrdan MÜHÜM TÖVSİYƏ