Dəniz yosunları (laminariya) çox giymətli kosmetik məhsul sayılır. Dəniz yosunları maskaları dərini cavanlaşdırır, daha elastik edir, kiçik qırışları yox edir, ağardır, iltihabı azaldır.

Belə maskaları həftədə 1 dəfə etmək kifayətdir. Maskalar dəriyə çox güclü cavanlaşdırıcı təsir göstərir.

Dəniz yosunları ilə maskalar

1. 2 x.q. dəniz yosunları tozu (apteklərdə satılır) az miqdarda ilıq su ilə qarışdırılır, 1 çalınmış yumurta sarısı, 1 x.q. ayıpəncəsi yağı əlavə olunur, yaxşı qarışdırılır. Maskanı 15-20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış pambıq disklə silin.

2. 2 x.q. dəniz yosunları az miqdarda ilıq suda həll olunur (sıyıq kimi alınmalıdır), 1 ç.q. bal, 1 ç.q. ərik yağı əlavə olunur, yaxşı qarışdırılır. Maskanı 15-20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış pambıq disklə silin.

Əvvəlki məqaləƏrik – Alma maskası
Növbəti məqalədəSüni mayalanma qadınlarda beyin xərçənginə səbəb olur?