Gündəlik həyatımızın rahat keçməsinə səbəb olan espadrillər yüz illər boyu dəb aləmində öz yerini qoruyub saxlayır. Əvvala dabanlarının həsir ipdən hazırlanması, təbii görüntüsü, bütün geyimlərlə rahatlıqla dəstləşdirə bilmək kimi xüsusiyyətlər espadrili dəb aləminin klassikləri arasında özünəməxsus yer tutmasına səbəb olan amillərdir. Yaz-Yay fəsillərinin “ən”ləri arasında olan bu ayaqqabıların tarixçəsini sizlər üçün araşdırdıq.

Dəbdən düşməyən klassik – Espadril

Espadrilin tarixi

Espadrillər tarixi yüz il, hətta min il bundan əvvələ əsaslanan ayaqqabılardır. Yarasa mağarısında insan sümükləri arasında (üzərində) tapılan espadril Qrenadada arxeoloji muzeydə saxlanılır. Güman edilir ki, onun 4000 ilə yaxın yaşı var. Şübhəsiz bu bizim bu gün geyindiyimiz ayaqqabının ilk formasıdı. Daha sonra 13-cü əsrdə espadrilin formasını dəyişdi. Tarixə nəzər yetirsək görərik Araqon krallığında piyada əsgərlər də bu tərz səndəl ayaqqabılar geyinib. Amma espadril əsas istehsal dövrü 17-ci əsrdə başlanılıb. İki əsr sonra, espadrillərin əsas istehsal mərkəzi Pireney yarımadasının cənub-qərbində, Atlantik okeanla sərhəd bölgədə yerləşəm Moleon (Mauléon) kommunası oldu. Daha sonra növbə ilə katalon-araqon krallığının əsgərləri, rahiblər, daha sonra isə şaxtada da işləyənlər təmin olundular. İstehsalda araqon vadilərindən gələn qadınlar işləyirdi. Onları “göyərçinlər” adlandırırdılar.

Espadrilin təkamülü

İspan ənənəsi istəyirdi ki, hər bölgənin fərqli rəngdə espadrili olsun. Sardan (Sardane – milli Kataloniya rəqs növü) rəqqasları ağ rəng espadril geyinən vaxt, Emporda (İspaniya, Kataloniya tarixi bölgə) ağ topuqdan lentlə bağlanan ağ espadrilləri ilə tanınmışdı. Artıq espadrillərə müasir görünüş, ikinci nəfəs verilməli idi. Bunu 1960-cı ildə fransız modelyeri Yves Saint Laurent espadrilə topuq əlavə edərək dəb aləminə yenilik gətirdi. Uğur o qədər böyük idi ik, bütün qadınlar topuqdan lentlə bağlanan bu ayaqqabıları almağa tələsirdilər.

Dəbdən düşməyən klassik – Espadril

“Haute couture” dəb aləminin əsas nümayəndələri tərəfindən geyinilən espadrillər bütün dünyaya ixrac edilməyə başlandı. Kino və teatr dünyasının məşhur nümayəndələri şəkillərdə tanınmış və sevimli ayaqqabıları ilə foto kamera önünə keçirdi. Zara, Hermès, Chanel, Christian Louboutin kimi böyük lüks və “ prêt-à- porter” markalar hər biri öz modelllərini təklif edirdi.

Espadril bu gün

80-ci illərin əvvəlində, bu sektorda Çindən gələn istehsalata qarşı rəqabət vardı. Amma bu gün Moleon (Mauléon) espadrilin əsas istehsal mərkəzi olaraq qalır. Və dizaynerlər hər cür istəyə xitab edən modelləri alıcılara təklif edirlər. Rəngarəng, naxışlı, printli…..

Dəbdən düşməyən klassik – Espadril

Onu da əlavə edək ki, ancaq kətan parçadan istehsal olunan espadrillər bu gün parlaq, dərili, krujevalı modelləri ilə daha ön plana çıxır. Bu modelləri gecə ziyafətlərində də geyinmək mümkündü.

Ofisdə geyinəcəyiniz espadrilləri seçəndə yumşaq dəridən olmağına diqqət edin. Əlbəttə ki, az naxışlı olanları seçmək daha məqsədə uyğun olardı. Əgər ofisə bəzəkli espadril geyinmək istəyiniz varsa, daha təbii rəngdə və dabanlı olanı seçin. Espadrilləri ən rahat geyinə biləcəyimiz yer dəniz kənarıdır. Bu məqamda rəngarəng, neon rəngli, tropikal və çiçəkli, ləkə götürməyən parçadan olan fərqli espadrillər seçimləriniz arasında ola bilər.

Espadrillə müxtəlif geyimləri necə dəstləşdirmək olar?

Dizaynerlər hər nə qədər müxtəlif model espadrillər istehsal etsələr də, espadrillərin əsas xüsusiyyəti təbiii görünüşə malik olmaqlarıdır. Buna görə də geyim seçəndə, onun pambıq, kətan kimi təbii parçalardan olmağına diqqət edin.

1. Əgər seçiminiz düz espadrildirsə və küçə dəbində sizin üçün rahatlıq ən vacibidirsə, onda geyim olaraq “military”, dənizçi və safari temalı (cizgili) geyimlə dəstləşdirə bilərsiniz. “Look”unuzu tamalayacaq bəzək əşyalarının sadə olması vacibdir.

Dəbdən düşməyən klassik – Espadril

2. Espadrillərin ən çox yaraşdığı digər parça “denim”dir. Skinny cins, cins şort, cins köynəklə bu rahat ayaqqabıları bir yerdə geyinə bilərsiniz.

3. Espadrillərin müasir köynək donların, günəş ətəklərin, düz donların altında şıq və gözəl görüntü yaradır.

4. Fərqli görünmək istəyirsinizsə, dəri ilə espadrili dəstləşdirin. Dəri və espadrilin ahəngi (tarazlığı) “cool” görüntü yaradır.

5. Zərif və şıq görüntü sahibi olmaq istəyiniz varsa, espadrillər köməkçiniz olacaq. Bunun üçünsə dabanlı espadril geyinməli olacaqsınız. Yüksək olsalar da olduqca rahatdırlar.

Gündəlik küçə dəbində yüksək espadrilləri yenə də təbii pambıq parçalı donlar və cinslərlə dəstləşdirərək “feminin” tərz görünüşə sahib olacaqsınız.

Aydan A.

Əvvəlki məqaləQənaəti unudun!
Növbəti məqalədəÇimərlik geyimləri kino tarixində