qadın“Mən yaşamaq üçün yeyirəm, başqaları yemək üçün yaşayır”
Aristotel

Son həftəlik aclıq təcrübəm

Yeni ildə ilk dəfə olaraq həftəlik aclıq prosesini keçirdim. Təcrübə haqqında ictimaiyyəti bilgiləndirmək istərdim. Çünki, ətrafda artıq çəkidən, piylənmədən, bununla əlaqədar çeşidli xəstəliklərdən əziyyət çəkən yaşlı-gənc insanların əziyyyəti və əzabını görürəm, acıyıram. İnsan özü-özünə niyə bu qədər laqeyd olmalıdır, həm əziyyət çək, pul xərclə, yemək qəbul et, həm də on qatını xərclə ki, yediklərini yenidən orqanizmdən çıxardasan. Bir halda ki, elm bunların hamısının sadə üsullarla həlli yollarını müəyyən etmişdir, nə üçün elmi öyrənib əməl etməyəsən. (Son illərdə tibb üzrə Nobel mükafatı laueratları demək olar ki, hamısının tədqiqatları bu sahə üzrədi).

Beləliklə;

– Mən hər həftədə bir gün (24 və ya 36 saat), hər ayın sonu adətən 3 gün, ildə 1-4 dəfə isə 7 günlük aclıq edirəm. Yeni ilin birinci ayında 3 dəfə bir gün olaraq normal qaydasında proses davam etdi. Amma bunlar yetmədi və həm də növbəti həftəlik aclığı bir az ertələdim. Orqanizmdə immunitetin, yaddaşın, iş məhsuldarlığının zəifləməsini hiss edən kimi, orqanizm səfərbərlik siqnalı verir. Proses çox əla keçdi, həm də əmək fəaliyyəti tam və intensiv istifadə ilə başa vuruldu. Bundan əvvəlki, həftəlik prosedurlarda, son iki-üç gündə bir az zəiflik hiss edirdim, amma bu dəfə son günə qədər çox intensiv işləməkdə davam etdim (gündə 10-12 saat) və aclığı başa vurdum. Aclıqdan çıxmaq özü də orqanizmə müsbət təsir edən prosesdir. Şünki, ciddi diet, yalnız orqanizmə ən faydalı olan tərəvəz və əsasən çiy formada yemək olar. Kök, kələm, pomidor, çuğundur, kərəviz, göyərti və s (faktiki olaraq bir həftəlik aclığın bir həftəlik də çıxma prosesi davam edir).

Orqanizmdə nə dəyişiklik hiss etdim?

1. Sinir sisteminin tam sakitləşməsi və demək olar ki, tam müalicəsi. Sinir sisteminin bundan əvvəl ənənəvi müalicəsi əvvəllər ən azı 3-5 min manata başa gəlirdisə, aclıqla 0 xərclə və dəfələrlə daha yaxşı, həm də əziyyətsiz başa gəldi. Əla əhval ruhiyyə, yüksək immunitet, yüksək maddələr mübadiləsi, həzm, yeni layihələrlə yeni işlərə başlamaq həvəsi. Orqanizm tam yeniləndi, bu yenilənmə ciddi bir canlanma yaradır. Məsələ burasındadır ki, Nobel mükafatı laueratı yapon alimi prof. Y. Osumiyə görə (2016-cı ilin tibb üzrə N.M. buna görə aldı) insan 8 milyarda yaxın canlı orqanizmdən ibarətdir. Bu hüceyrələri qidadan kəsəndə onlar bir-birini yeməyə başlayır, bu şəraitdə isə zəiflər (xəstələr, qocalar, şikəstlər yeyili)r və toksinlər kimi orqanizmdən ifraz olunur. Tam bir yenilənmə baş verir. Bu prosesdə zəif xəstə hüceyrələ qısa zamanda öldürülürsə, daha immunitetli viruslar üçün uzun zaman istəyir, məsələn, xərçəng xəstəliklərinin virusları üçün 40-45 gün tələb olunur. Amma alimlərin təsdiqinə görə bütün xəstəliklərin bu qayda ilə öhdəsindən gəlmək olur (hətta epilepsiya və psixoloji xəstəliklər daxil).

2. Orqanizm tamamilə təmizləndi, qan dövranı şox yaxşılaşdı, damarlar təmizləndi və təzyiq 110-70 (universitetin birinci kursunda oxuduğum zamankı təzyiq-ilk dəfə ölçdüyüm yadıma gəlir) ətrafında stabilləçdi, görmə və eşitmə itiliyi yüksəldi. Həzm, maddələr mübadiləsi, hissiyyat orqanları, ümumiyyətlə, orqanizm saat kimi işləməyə başladı. Qan dövranının yaxşılaşması bütün sağlamlığın ən vacib şərtidir.

3. Qış öskürəyi, soyuqlamadan azacıq problemlər (aclığın ikinci günü itdi) oynaqlarda, onuğada zəif ağrılar aradan qalxdı, zehni iş qabiliyyəti yüksəkdi, yaddaş hiss ediləck qədər yaxşılaşdı. Həm də fiziki iş qabiliyyəti çox yüksəkdi.

4. Aclıq insanda mühüm bir özünə güvənlik yaradır, tam arxayınlıq, özünə inam yaradır. Bu insanın psixoloji vəziyyətinin yaxşılaşmasına olduqca müsbət təsir edir. Sadaladığım bu amillər insanın uğurlarına olduqca yaxşı təsir göstərir. Sağlamlığına əmin olmayan şəxs ciddi layihələrə başlaya bilməz, başlasa da müvəffəqiyyətə nail ola bilməz. Aclıq gəncləçmənin ən gözəl vasitəsi sayılır. Bu müalicə üsulları ilə orta yaşın ən üst həddi və daha yuxarısı hər halda təmin olunur. Qocalmaya qarşı ən vacib tibbi alətdir.

5. Nəticə: yemək məsrəflərinə, vaxta (ən azı 50%) qənaət. Böyük rus alimi akademik İ. Neumıvakinin (Keçmiş kosmanavtları sağlamlıq mərkəzinin baş həkimi olmuşdu) hesablamaları göstərir ki, keçmiş sovet insanları miqdar etibarı ilə zəruri olandan 5 dəfə çox qida qəbul edir. Mən qidalanmanı bu prinsiplərə uyğunlaşdırmışam, amma buna baxmayaraq artıq çəki problemləri ilə üzləşirəm (yəni arıqlamaq təhlükəsi ilə qarşılaşmıram). Ciddi vaxta qənaət – ən azı günə 3-4 saat, ilə təqribən iki ay. İşlə məşğul olan insan üçün bu çox böyük səmərədi. Ciddi artım əldə etmək olar. Bura əlavə etsək müalicə, tibb müəssisələrinə gediş-gəliş, xəstəlik dövrünü qənaət çox daha böyük rəqəmlərə çatır. Tibb məsrəflərinə qənaət – bu böyük əksəriyyət insanlar üçün illik 10-20 min manata, bəzən də iri məmurlar üçün 100 minlərə çıxır. Belə sistemin qurulması hesabına tibb xərclərinə ən azı 50% qənaət etmək olar. Mənim şəxsi məsrəflərimdə qənaət 90-95%-dir. Üstünlükləri saymaqla bitən deyil. Belə olan halda həm hökümətin və həm də insanlarımızın fəaliyyəti maraqlı görünür. Bu qədər imkanlar niyə araşdırılmır, niyə rəsmən istifadə olunmur, niyə elmi qruplar, elmi tədqiqat instututları yaradılmır, niyə maliyyə vəsaitləri ayrılmır, niyə mətbutda maarifləndirmə işi aparılmır? Bu işlə ölkədə cəmi bir neçə mənim kimi qeyri-ixtisas sahibi öz üzərilərindəki təcrübəyə əsasən bəzi yazılar dərc edirlər. Bununla da heç yerə çıxmaq olmaz. Dünya miqyasında, Avropa, Amerika, Çin, Yaponiya, inkişaf etmiş ölkələrin hamısında, hətta bizim qonşularımızda aclıqla müalicəyə çox böyük yer və vəsait ayrılır, çoxsaylı ETİ-ları, klinikalar, mərkəzləri hər yerdə var. Bizim “qidalanma mədəniyyətimiz” hər sahədə olduğu kimi ərəb-müsəlman adətlərinə görə formalaşmışdı və bu sistemdən çıxmaq yenə də problem olaraq qalır. Bizim qidalanmamızın-xörəklərimizin çox ağır, sağlamlıq üçün zərəri haqqında bir neçə dəfə prezident də demişdi, reaksiyaları izlədim, mən belə hiss elədim ki, bu söhbətə görə əksəriyyət “müxalif” mövqeyə keçəcək. Təəssüf ki, bu da elmsizliyin, zəif təbliğatın, aşağı səviyyəli maarifləndirmənin nəticəsidir.

Buna görə hökümətə təklif edirəm:

1. Dünya elminin son nailiyyətlərini nəzərə alaraq aclıqla müalicə və qidalanmanən təkmilləşdirilməsi üzrə xüsusi dövlət proqramı hazırlansın, bu proqrama əsasən:

2. Bir neçə bölgələrdə, xüsusilə kurort, dağ və meşə zonalarında, dəniz-su sahillərində elmi tədqiqat tibb institutlarının (stasionar sanatoriya-kurort tipli xəstəxana olmaq şərtilə) qurulması, xarici ölkələrdən (ABŞ, Avropa,Yaponiya, Çin və s ) məşhur alimlərin dəvət olunması şərtilə elmi kollektivlərin yaradılması və büdcədən və sığorta fondu hesabına dövlət sifarişi ilə təmin olunması.

3. Universitetlərdə bu müalicə üsulunun tədrisinə başlanması, elmi tədqiqat mərkəzlərinin yaradılması,

4. Əhali arasında geniş miqyaslı təhsilləndirmə və maarifləndirmə işinin aparılması.

Bu tədbirlər nəticəsində ciddi nəticələr əldə etmək olar, insan sağlamlığını yüksəltmək, orta yaş həddini xeyli artırmaq mümkündür.