Bundan sonra dəqiq çəkinizi bilmək daha asan olacaq

Əsas şeyi unutmayın: çəkidəki rəqəmlər orqanizminizin sağlamlığının xəbərçisidir. Çəkinizi müntəzəm yoxlamaq buna görə də, vacib şərtdir. Hər bir qadın boyunun ölçüsünə, sümüyün sıxlığına, əzələsinin vəziyyətinə görə unikaldır. Biz sizə düzgün nəticə almağınız üçün 7 əsas  qaydanı təqdim edirik.

 

1. Hər dəfə eyni tərəzini istifadə edin

Dəqiqlik bir alətdən digərinə doğru dəyişir. Qramı belə nəzarətdə saxlamaq istəyirsinizsə ən yaxşı evdə öz tərəzinizin olmasıdır. Onu evdə düz bir yerə qoysanız çəkinizi daha dəqiq bilərsiniz.

2. Tərəzinin düzgünlüyünü yoxlayın

Bunu etmək çox sadədir. Eyni ölçülü şəkər, düyü və ya un paketi götürün, çəkin. Bu zaman tərəzinizin düzgün çəkdiyinizi dəqiq biləcəksiniz.

3. Səhərlər çəkin

Çəkinizi bilmək üçün ən dəqiq vaxt səhərdir. Tualetə getdikdən sonra heç bir şey yemədən, heç su da içmədən özünüzü çəkin. Bu rəqəm sizin ən dəqiq çəkinizdir.

4. Paltarsız çəkin

Əgər siz heç cürə paltarsız çəkmək istəmirsinizsə o zaman həmişə eyni paltarda çəkin. Misal üçün, bu geyim pijamanız ola bilər. Parça və ayaqqabı çəkiyə təsir edə bilir.

5. Kritik anlarda çəkməyi unudun

Mensturasiya vaxtı çəkmək heç bir nəticə vermir. Çünki həmin vaxt orqanizm daha çox yağlı olur. Buna görə də belə kritik zamanlarda çəkiniz düzgün olmaya bilər.

6. Məşqdən sonra çəkməyin

Məşqdən sonrakı çəki aldadıcı ola bilər. Çünki məşq zamanı siz çoxlu kalori itiri, yağ əridirsiniz.

7. Bunu tez-tez etməyin

Sağlamlığınızı nəzarətdə saxlamaq üçün bunu günaşırı ya da ki, həftədə bir dəfə edin. Çünki hər gün çəksəniz sizə yaxşı təsir etməyə bilər.

Əvvəlki məqaləWomenshealthaz – dan sağlam yemək reseptləri
Növbəti məqalədəQarpızla yay salatı