gözəllik

Dietoloqlar dərinin daimi nəm və gözəl qalmasının sirrini açıqlayıblar.

Mütəxəssislər bildiriblər ki, kosmetika sənayesində istehsal edilən dəri kremlərinin və lasiyonların tərkibində şaftalı nektarı mövcuddur.

Şaftalı qaranlıq dairələrdən xilas olmağa yardım edir. Tərkibində olan antioksidantlar sayəsində dəridəki ləkələri yox edir. Flovonoid, vitamin və minerallarla zəngindir. Bunun sayəsində ölü hüceyrələri məhv olur və dərini canlandırır.

Şaftalı yemək dərinin nəm balansını qoruyaraq toxumaları yaxşılaşdırır. Ultrabənövşəyi şüaların dəriyə vurduğu ziyanı azaldır. Günəşin zərərli şüalarına qarşı qorumanı təmin edir. Tərkibində olan C vitamini sayəsində dərini sərbəst radikallardan və infeksiyalardan mühafizə edir.

Mövsümdə şaftalını çox yemək, şirəsini və qabıqlarının iç tərəfini dəriyə sürtmək lazımdır.