Bəzən ailələrdə yaranan problemlər hər gün baş verən mübahisələr boşanma hallarına gətirib çıxarır, bu da uşaqlarda olduqca ciddi psixoloji hallara səbəb olur. Boşanma halları cəmiyyətdə var olan problemdir. Bu gün gənc və övladlı ailələrimizdə də belə hallara rast gələ bilərik. Ona görə də, bu qərarı verərərkən dəqiq və düzgün verməyiniz gərəkdir. Aranızda baş verən neqativ səbəblər nədirsə bunu övladlarınızda bəlli etməməlisiniz. Bunu özünüz və ya bir psixoloqun köməyi ilə uşaqlarınıza başa salmalısınız. Çox zaman belə hallar baş verərkən uşaqlarda özünəqapanıqlıq, depresya, anti-sosiyalıq, aqresivlik və s kimi xüsüsiyyətlər ortaya çıxır.
Valideyinlər ayrılıq qərarı verdiyi zaman yeni bir həyata başlayərkən bəzən yeni vərdişlər də edirlər. Bu vərdişlər onlar üçün yaxşı nəticə verməyə bilər ona görədə uşaqlarınızın keçmiş alışqanlıqlarını onlardan məhrum etməyin. Boşanma halı uşaqların məktəb həyatına da yansıya bilər, buna aldığı qiymətlər kollektiv arasında çəkinə-cəkliyi misal çəkə bilərik. Buna görədə uşağınızın məktəb həyatını diqqət mərkəzində saxlamalısınız. Müəllimləri ilə tez-tez əlaqədə olmağınız məsləhətlidir. Ən önəmlisi uşaqlarınıza qarşı açıq və dürüst olun.
Aranızdakı bu ayrılığın onlar üçün heç bir rol dəyişkənliyi ol-madığını izah edin. Ana ata və uşağının sonrakı həyatının necə da-vam edəcəyi haqqında onu başa salmalıdır. Uşaqları ilə bağlı hər mövzu da bir olmaları gərəkdir. Ayrılıqdan sonra uşaq kiminlə qalırsa qalsın uşaqları ilə bağı qopartmamalı və bu ayrılıqda uşağınıza tərəf halı yaratmamlısınız. Mənəvi cəhətdən onların öz duyğuları ilə yaşamalarına dəstək olmalısınız. Bəzi boşanma qərarı alan cütlüklərimizdə bunu uşağa gec deməyi düzgün bir zamanda izah etməyin daha doğru olacağını düşünürlər.
Adətən belə düşünənlər ya uşaqın bunu çətin qəbul etməsindən qorxarlar ya da necə izah edəcəklərini bilməzlər. Ona görə də qəti qərarınızı aldıqdan sonra bunu övladınızla paylaşın. Uşaqlar valideyinlərinin yerini başqası ilə əvəz etmək istəməzlər. Buda təbii haldır. Boşanmadan sonra qarşı tərəflərdən hər hansısa biri yeni bir münasibət qurursa bunu uşağınıza sakit və normal bir şəkildə izah etməyi seçməlisiniz. Bu, müxləlif yaş qrupuna aid uşaqlarda fərqli qarşılanır. Bəzən yetkinlik yaşına çatmış uşaqlarda bu daha asan qəbul olunacağı düşünülür. Habluki bu yaş dönəmində uşaq-ların ən çətin və həssas dövrüdür. Qız uşaqlarında bu duyğusallıq, oğlanlarda isə aqresiv təsirlər yarada bilər. Hətta evdən uzaqlaşmağı belə düşünə bilərlər. Buna görədə diqqət edəcəyiniz faktorlar:
- Sevginizi, diqqətinizi, dəstəyinizi hər zaman hiss etdirəcəyinizə inandırmaq
- Hər cür uşağınızın problemlərində bir araya gəlmək
- Keçmiş həyat yoldaşınızla düzənli bir şəkildə aranı sabit tutmaq bu mümkün deyilsə belə uşağınıza bildirməməyiniz vacib şərtdir. Və unutmalısınız ki, bu onların seçimi
Mənbə: FOXY.AZ elektron qadın jurnalı