qadınBelə bir geniş inanc var ki, guya uzun müddət bir yerdə yaşayan qadınların əvvəl-axır aybaşıları eyni vaxta düşür. Bu doğrudanmı belədir?
Menstruasiya sikllərinin sinxronlaşması nəzəriyyəsinin arxasında dayanan budur ki, qadınlar öz aralarında yaxın ünsiyyətdə olduqca onların feromonları arasında da bir növ qarşılıqlı əlaqə baş verir və bu onların eyni vaxtda aybaşı olmasına səbəb olur. Bir çox xanımlar buna inanırlar.
“Mən qəti əminəm ki, bu həqiqətdir, – deyir Emma, – Bu boyda təsadüfün olması mümkün deyil”.
24 yaşlı Emma universitetdə oxuyarkən bir evdə 5 qızla birlikdə kirayənişin olub. O deyir ki, bir neçə aydan sonra onların menstruasiyaları eyni vaxta düşməyə başlayıb.
Məsələn onlar tamponları eyni vaxtda almağa başlayıblar, onların əhvalları belə birlikdə korlanırmış. Elə ki, onlarla eyni evdə yaşayan yeganə kişi bunu hiss edirmiş.
“Bu xalq inancıdır – deyir Oxford Universitetindən bio-mədəni antropolgiya professoru Alexandra Alvergne, – Bir insan kimi biz həyəcanverici əhvalatları xoşlayırıq. Odur ki, müşahidə etdiklərimizi mənalı bir şəkildə izah etməyə çalışrıq. Müşahidə etdiklərimizin təsadüf ola biləcəyi isə bizi maraqlandırmır”.
Alvergne bu fenomeni araşdırmağa çalışıb. O deyir ki, bu ideya ona Nature jurnalında 1971-ci ildə dərc olunmuş tədqiqat nəticələrini oxuduğu zaman gəlib. Bu araşdırma zamanı Martha McClintock adlı bir alim Amerika kolleclərindən birində 135 qadının menstruasiya sikllərini monitorinq etmişdi.
“McClintock aşkar etmişdi ki, menstruasiya günləri, təsadüfən bir yerə düşmüş qadınlarla müqayisədə daha çox dost olan qadınlar arasında uyğun gəlir” – deyir Alvergne.
Doktor McClintock belə bir fərziyyə irəli sürmüşdü ki, ola bilsin bir yerdə çox vaxt keçirən qadınların feromonları bir-birini təsirləndirir.
Amma bu niyə baş verməlidir ki? Ən uyğun izahat bu idi ki, guya bu qadınların eyni hegemon kişinin hərəminə çevrilmək təhlükəsinə qarşı əməkdaşlığının təkamülü nəticəsində baş verib.
Yəni ideyaca bu o deməkdir ki, qadınlar eyni vaxtda ovulyasiyaya başlayırdılar və beləliklə kişi onların hamısını eyni vaxtda hamilə edə bilmirdi.

“Guya o bütün qadınları eyni vaxtda manipulyasiya edə bilmirdi və bu, qadınlar arasında bir növ əməkdaşlıq olurdu” – deyir Alvergne.

1970-ci illərdə bu elmi iş ortalığa çıxanda feminizm inkişafda olan mühüm hərəkata çevrilirdi. Alvergne düşünür ki, bu ideayanın populyarlaşmasında məhz bu məqam rol oynaya bilərdi.
“Mən bəzən belə bir fikrə gəirəm ki, “ictimai dəyərlər” hipotezlərdə gizlənir və feminizm baxımından qadınların kişi hegemonluğuna qarşı əməkdaşlığı cazıbədar görünə bilərdi” – deyir alim.
Bəziləri insanlar, bəziləri isə primatlar üzərində aparılmış təcrübələr də eyni nəticəyə gəlmək imkanı verirdi.
Lakin elə araşdırmalar da vardı ki, aybaşıların sinxronlaşmasına dair dəlil tapa bilmirdi. Sinxronlaşma proseslərinin özü təsadüfi xarakter daşıyırdı.
Ən mühümü isə bu idi ki, McClintock-un 1971-ci ildə gəldiyi nəticələri özünün izah edə bilməməsi tənqid olunurdu.

“Əgər mən hər hansı bir müddətdə aybaşısı olan hansısa bir qadınla birlikdə vaxt keçirsəm, mənim də aybaşım başlanacaq, – deyir 26 yaşlı İnez, – Mənim bətnim çox böyük bir komanda oyunçusudur. O istəyir ki, bütün qızlarda olduğu kimi olsun”.
Lakin İnez bununla kifayətlənmir. O inanır ki, bəzi qadınların bətnləri liderlik etməyə meyllidir.
“Mənimki klassik beta bətndir. Amma dostum Suzannada alfa bətndir. O istənilən adamı 15 kilomterlik radiusdan təsirləndirə bilər. Elə ki onda ayşabşı olur, hamı tampon axtarmağa başlayır”.
Amma problem onda baş verir ki, nəzəriyyə işləmir. İnez deyir ki, birlikdə kirayədə qaldığı qadınlarla sinxron aybaşısı olmayıb.

Aybaşı nədir?

  • Bu, qadının menstrual siklində elə bir müddətdir ki, bu zaman onun uşaqlıq yolundan qan axını baş verir
  • Əksər qadınlarda bu hər 28 gündən bir baş verir, lakin bu müddətdən 24-35 gün arasında gec və ya tez olaraq da baş verə bilər
  • Aybaşılar adətən 3 gündən 8 günədək davam edə bilər, lakin adətən 5 gün çəkir

“Mən onu 12 yaşımda olandan tanıyıram və düşünürəm ki, onunla eyni vaxtda aybaşı olmamağım onun xətrinə dəyə bilər”.
Alvergne bir-biri ilə rəfiqə qadınların öz menstruasiya sikllərinin üst-üstə düşməsini müşahidə etmələrindən təəccübləmir.
“Söhbət ondan gedir ki, bu təsadüfən baş verib, yoxsa yox. Gözləmək olar ki, menstruasiyaların yarısında belə ola bilər”.
Bəzi alimlər bu qərara gəliblər ki, aybaşıların sinxronlaşmasına dair göstəricilər təsadüfə bağlıdır. Bu qənaətə gəlməzdən əvvəl onlar bizim yaxın əmiuşaqlarımız olan pavianların menstruasiyalarını 6 il ərzində monitorinq ediblər.
“Onlar iki model təklif etmişdilər, – deyir Alvergne, – Bunlardan biri həyəcanlandırıcı hipotezlə – “təkamül etmiş strategiya” ilə bağlı idi. Bu zaman qadınlar hegemon kişilərə qarşı müdafiə kimi sinxronlaşmaya gedirdilər. İkinci model isə darıxdırıcı idi. Bu modeldə sikllər təsadüflə izah olunurdu”.
Bundan sonra alimlər hər iki model üzrə nəticələri tutuşdurmuşdular və məlum olmuşdu ki, təsadüflərə bağlı model ən yaxşı model olub.
Ola bilsin ki, gələcəkdə aparılan araşdrımalar qadınların aybaşılarında sinxronlaşmanın olduğunu göstərsin, hərçənd hazırda əksər alimlər buna skeptik baxırlar.
“Ola bilsin ki, bizim müşahidə etdiyimiz təsadüfdən başqa bir şey deyil” – deyir Alvergne.

Əvvəlki məqaləKeçmiş sevgilini unutmağın yolları
Növbəti məqalədəQızlar ərə gedəndə bu xəstəliyi gizlədirlər