Yəqin ki, hamının qarderobuna çox sevdiyi köynəyi var ki, onu tez-tez və müxtəlif formalarda geyinmək istəyir. Amma bunun necə olacağını bilmir. Bu dəfə sizə eyni köynəklə dörd fərqli obrazı necə yaratamaq olar, göstərəcəyik.

Bir köynək, dörd obraz

Son zamanlar kişilərin qarderobundan bir çox parçalar “oğurlayırıq” ki, bu parçaların ən öndə gələni mavi-ağ zolaqlı boyfriend köynəklərdir. Bu köynəyi fərqli tərzli midi ətəklərlə dəstləşdirib fərqli obrazlar yarada bilərsiniz.

Obraz 1

Bir köynək, dörd obraz

Mavi-ağ zolaqlı köynəklər yaz-yay mövsümlərində rahatlıqla geyinilə biləcək parçalardandır. Onu güllü, volanlı ətək və hündürdabanlı sandalla dəstləşdirib axşamlar dostlarınızla şərab və yaxud da qəhvə içməyə gedə bilərsiniz.

Obraz 2

Bir köynək, dörd obraz

Rəng baxımından bu cür köynəyinizi narıncı, yaşıl, sarı kimi bir çox canlı rənglərlə uyğynlaşdıra bilərsiniz. Narıncı midi ətək və qızılı tərliklə gündüz vaxtı rahatlığınızı təmin etmiş olarsınız.

Obraz 3

Bir köynək, dörd obraz

Mavi-ağ zolaqlı köynəyin dostlaşa biləcək ən tərzli parçalardan biri də, cins midi ətəkdir. Qələm ətək, yarıqlı cins ətək və hündürdabanlı əlvan rəngli sandal sizə şıq olmağa kömək edəcək.

Obraz 4

Bir köynək, dörd obraz

Ofis tərzi, iclas tərzi kimi obrazlar üçün dabanlı ayaqqabılara üstünlük verirsinizsə, gündəlik, rahat obrazlar üçün isə espadrillərə, düzdabanlı sandallara üstünlük verin. Misal üçün, mavi-ağ zolaqlı köynək, volanlı bej midi ətək və eyni çalarda espadril rahatlıqla şıqlığı eyni anda yaşamağınıza kömək edəcək.

Əvvəlki məqaləZövqlü geyindiyinizi göstərən amillər
Növbəti məqalədəMünasibətlərdə QADIN ENERGETİKASININ rolu və gücü: Kişilərdən 9 dəfə…